Fontu böyüt:
«Aztelekom» İstehsalat Birliyi bu ilin iyul ayına kimi Sumqayıtdakı ATS-lərin elektronlaşdırılması işini başa çatdıracaq. Bu barədə şəhərin icra başçısı Vaqif Əliyev məlumat verib.
O, Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə bildirib ki, hazırda şəhərdə elektron rabitə şəbəkəsinin yaradılması üzrə hazırlıq işləri başa çatdırılıb. Hər şey yaxşı olsa, şəbəkə bu ilin 1-ci yarısında istismara veriləcək. /ANS TV/