21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi 2009-cu ildə regionlarda poçtamtın inzibati binası, qəsəbə və kənd tipli poçt şöbəsi binalarının texniki avadanlıqlarla təmin olunması ilə bağlı açıq tender elan edib.
Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, müsabiqə üç lot üzrə keçirilir. İlk lot üzrə poçtamtın inzibati binasının tikintisi, ikinci lot üzrə regionlarda qəsəbə tipli poçt şöbəsi binalarının tikintisi və texniki avadanlıqlarla təmin edilməsi, üçüncü lot üzrə isə regionlarda kənd tipli poçt şöbəsi binalarının texniki avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub.
Tenderdə iştirak etmək istəyənlər I və II lotlar üzrə 200 manat, III lot üzrə 150 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini bu ilin mart ayının 5-dək, tender təkliflərini isə mart ayının 16-dək təqdim etməlidir.