Fontu böyüt:
«Trend» İnformasiya Agentliyi dekabrın 25-i Bakıda Rusiyanın «RİA Novosti» Beynəlxalq İnformasiya Agentliyi ilə tərəfdaşlıq sazişi imzalayıb.
Sazişi «Trend»in baş direktoru İlqar Hüseynovla «RİA Novosti»nin baş redaktor müavini Aleksandr Babinski qollayıblar. «Trend»in ofisində imzalanan saziş informasiya və multimedia sahələrində əməkdaşlığı, jurnalistlərin iş təcrübəsi ilə tanışlığı nəzərdə tutur.
xeberler.az/Ellada