Fontu böyüt:
Dünyanın ən iri sosial şəbəkəsi olan "Facebook"dakı akkaunt sahibləri bundan sonra reklamlara baxışdan pul qazana bilərlər.
İstifadəçilər reklam edilən saytlara oyunlar və ya sosial şəbəkənin əlavələrindən keçə bilərlər. Reklama baxışa görə qonorarı reklamverən müəyyənləşdirəcək. Amma ilkin olaraq bonus 1 "credit" olacaq. "Facebook Credits" sosial şəbəkəsinin xüsusi "valyuta"sıdır.
"Mashable" bildirir ki, 1 "Facebook" krediti təqribən 0,1 ABŞ dollarıdır.
İstifadəçilərə hədiyyələr və ya pul mükafatları "TrialPay" şirkətinin hazırladığı "DealSpot" texnologiyası vasitəsilə veriləcək.