21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
“Azərbaycanda genişzolaqlı xidmətlərin ölkəmizin bütün zolaqlarında daha da genişləndirilməsi üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanmış geniş bir layihə mövcuddur. İşlər gedir, və həmin layihənin inkişaf etdirilməsi üçün əlavə kreditlərin ayrılması məsələsinə baxılır”.
Xeberler.az-ın məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırda həmin layihənin üzərində müəyyən qiymətləndirmələr aparılıb və layihə dəqiqləşdirmələr mərhələsindədir. “Əvvəlki illərdə Dövlət Neft Fondu ilə birlikdə bu sahədə bir neçə işlər həyata keçirildi. Hazırda digər mənbləri də cəlb etməklə bu layihələrin həyata keçirilməsinin üzərində işləyirik. O cümlədən də müxəlif qurumlardanda kreditlərin cəlb olunmasına çalışırıq. Güman edirik ki, bu layihənin icrası iqtisadi cəhətdən çox vacibdir və bunun üçün kreditlərin və müəyyən mənbələrin cəlb olunması üçün heç bir problem olmayacaq, layihə uğurla həyata keçiriləcək. Hazırda layihənin dəqiqləşdirmə mərhələsindəyik”.
Mirvari Nəcəf