Fontu böyüt:
Yer üzü kataklizmlər meydanına çevrilməkdədir. Birbaşa və dolayısı ilə antropogen amillərin təsiri ilə meydana gələn təbii fəlakətlər bəşər övladının yaşam nizamını pozub.
Tarıxində qar yağmayan yerlərə qar, bir damcı suya həsrət əzazilərə leysan yağması və daşqınların konkret sirri nədədir. Konkret nəsə demək, səbəb göstərmək çətin məsələdir. Lakin unutmayaq ki, indi supergüclərin gizli cəbbəxanasında quraqlıq yarada bilən, istənilən regiona aylarla yağış və qar yağdıra bilən, 9 bal gücündə zəlzələ törətməyə qabil silahlar mövcuddur. Və bu slahlardan zaman –zaman isifadə olunduğunu da istisna etmək olmaz. Bütün bu gerçəklərin paralelində sivilizasiya indi daha güclü və qorxulu silahın hədəfi ola bilər. Bu bəşəriyyətin qorxub –üşəndiyi kibersilahlardır. İndi komputer vasitəsi ilə nəinki dünyanı idarə etmək, həm də onu uçurmaq, məhv etmək mümkündür. Məhz bu gerçəyə rəğmən dünyanın aparıcı KİV-ləri məsələni çiddiyə alaraq, bu barədə həyacan təbili çalır. Məsələn, son dövrlər Atom Elektrik Stansiyaların komputer sisteminə daxil olub bəşəriyətə nüvə fəlaakəti yaşada biləcək yeni virusdan danışılır.
“Daily Telegraph” xəbər veriri ki, İranın Buşehr AES –də çalışan rusiyalı nüvə mütəxəsssisləri “ikinci Çernobıl”ın yarana biləcəyi gerçəyinə görə əndişəlidirlər. Rusiyalı alimlər “Stuxnet” adlı sirli virusun reaktorun komputer sisteminə vurduğu ziyanın masştabından narahatdırlar. Daily Telegraph-ın qənaətincə əgər “ikinci Çernobıl” yaranarsa, həm də Rusiyanın reputasiyası korlana bilər. Qeyd edək ki, Buşehr AES-inin inşasına hələ İranda şah rejimi dövründə, ötən əsrin 70-ci illərində başlanılıb. İndi İran hakimiyyəti reaktorun əvvələcədən razılaşdırılmış vaxtından tez işə salınmasında təkid göstərir. Buşehr AES-i bu ilin yayında elektrik enerjisi verməlidir. Lakin rus alimləri iranlıların nüvə təklükəsizliyi məsələlərinə barmaqarası baxmalarından xeyli təlaşlı görünürlər. .Ona görə də Kremlə ünvanladıqları məlumatda AES-in işə salınmasını azı bu ilin sonuna qədər taxirə düşməsini istəyiblər. Çünki “Stuxnet” virusunun vurduğu ziyanın həcmi konkret şəkildə müəyyənləşdirilməlidir.
Ruslar “ikinci Çernobıl” alınacağı təqdirdə Rusiyanın nüfuzunun enəcəyindən narahatdırlarsa, iranlılar da yubanmanın ölkələrinin beynəlxalq aləmdə reputasiyayının azalacağından bir o qədər narahatdırlar. “Times” yazır ki, kiber- təhlükəsizlik mütəxəssisləri “Stuxnet” virusunun mövcudluğuna əmin olandan sonra belə nəticəyə gəliblər ki, artıq kibermüharibə Hollivud fantaziyası deyil. İndi bu real təhlükədir. “Stuxnet” digər viruslardan özünün iki başlıca keyfiyyəti ilə fərqlənir. Birincisi, hələ heç kim bu qədər mürəkkəb virus görməyib. Mütəxəssislər təsdiq edirlər ki, sadə xakerlərin belə bir virus yaratmağa nə gücü, nə də resursları ola bilər. Onu yalnız tam bir qrup, həm də üzərində aylarla işləyərək yaradıblar. “Times” qeyd edir ki, hərb tarixində əsil kibermüharibə anarxik rəhbərliyi ilə ən ikahdoğurucu olacaq. Axı, “Stuxnet” bir və ya bir neçə dövlətin ortaq yaratdığı ilk virusdur və hər kəs ondan öz məqsədi üçün istifadə edəcək.
“Stuxnetin” ikinci fərqləndirici xüsusiyyəti odur ki, virus konkret hədəfə yönləndirilib. Əlavə olunmmalıdır ki, Windowsdan istifadə edən istənilən komputerə müdalixə edə bilər. Lakin o AES-lərin avadanlıqlarında istifadə edilən WinCC və PSC7 proqramına rast gəlməyənə qədər heç nə etməyəcək . AES-in komputer sisteminə nüfuz edən “Stuxnet” sentrafuqaların fırlanma sürərinə təsir edə və həm də öz fəaliyyətini gizlədə bilər.
“Times” yazır ki, ABŞ kiberhücum silahlarını hazırlamaqla bu sahənin lideridir. Buna baxmayaraq heç nəyi boynuna alıb etiraf etmir. İndi bir saaatda düşmənin infrastrukturunu iflic vəziyyətə sala bilən kibersilah hazlrlamaqda ABŞ-dan savayı xeyli digəgər dövlət də məşğul olur. Bu yöndə Çin, Fransa, Rusya, Hindistan, Böyük Britaniya və israil liderdirlər. Bir sözlə, internetin militarizasiyası çox sürətlə inkişaf etməkdədir. Allah axırından saxlasın! //itv