Fontu böyüt:
Şeffeldın cinayət məhkəməsi Britaniya lordu Ahmədi sükan arxasında mobil telefondan istifadə etdiyi üçün 12 həftə müddətinə həbs edib. Lordun “Yaquar”ı əks istiqamətdə hərəkət edən “Audi” ilə toqquşub. Qəza nəticəsində 28-yaşlı Slovakiyalı Martin Qombar həlak olmuşdur. Bu haqda məlumatı Sky News yayıb.
Məhkəmədə Ahmədin həyat yoldaşı və anası şahid kimi çıxış ediblər. Lordun vəkili qeyd edib ki, qəza nəticəsində başından travma alan Ahməd baş vermiş hadisə üçün heç bir məsuliyyət daşımır. Lakin hakim bildirib ki, sükan arxasında baş vermiş hər hansı bir məsuliyyətsizliyə görə sürücülər cavab verməlidirlər.
Lord Əhməd 12-həftəlik cəza müddətinin yarısını həbsxanada keçirəcək. Bundan əlavə lord cərimə ödəməli olacaq. Həmçinin, lord Əhməd 12 ay avtomobili idarə etmək hüququndan məhrum olacaq.
Lord bir sıra vacib dövlət proyektlərində iştirak edir. Qəza baş verən gün lord Sudanın prezidenti Ömər Əl-Bəşirlə həbs olunmuş britaniyalı müəllimənin azad olunması haqqında danışıqlar aparırmış.