İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün Təlim keçirilib

09.06.2014 [09:56]

Fontu böyüt:      

Startup Azərbaycan tərəfindən Yüksək Texnologiyalar Parkında təşkil olunan Təlimdə beynəlxalq ekspert Paul Warren, yerli ekspertlər Fərid Kazımov və Çingiz Eyvazovun maraqlı təqdimatları olub.
Startup Azərbaycan Müsabiqəsinə buraxılan 28 startup komandaları üçün Təlim keçirilib.
Startup Azərbaycana TK üzvü, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və YT Parkın təmsilçisi Ülvi Aslanov Təlimlərin açılışını edərək onun məqsədi haqqında məlumat veriblər. Startup Azərbaycan çərçivəsində qarşıda gözlənilən tədbirlər haqqında da məlumatlar verilib.

Startup Azərbaycan tərəfindən Yüksək Texnologiyalar Parkında təşkil olunan Təlimdə beynəlxalq ekspert Paul Warren, yerli ekspertlər Fərid Kazımov və Çingiz Eyvazovun maraqlı təqdimatları olub.

Təlimdə iştirak edənlər startup komandaları biznes-planların hazırlanması, İnternet bazarın və risklərin dəyərləndirilməsi, layihələrin İnvestorlara təqdim edilməsi, İnvestorlarla görüşlərə hazırlıq, komanda ilə işləmək qaydaları, mentorların seçilməsi və onlarla iş qaydaları haqqında bilik və bacarıqlar əldə ediblər.

Sonda Təlimçilər startup iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıblar.
Müsabiqənin 1-ci mərhələsində seçilən yarımfinalçılar təlimlərdən sonra əldə etdikləri bilik və bacarıqlar əsasında yenidən əhatəli biznes-planlar hazırlamalı və Startup Azərbaycan Ekspert Şurasına təqdim etməlidirlər.

Həmçinin yarımfinalçıların ekspertlər qarşısında öz Layihələri ilə bağlı oflayn formada 
təqdimatlarla çıxış etmələri də nəzərdə tutulub. Bu təqdimatlar əsasında Ekspertlərin yekun qiymətləndirməsi olacaq və Finalçılar seçiləcək.

Startup Azərbaycan Yekun Təqdimat mərasiminin və ənənəvi Startup Azərbaycan Milli 
Konfransının, finala çıxan startuplarla investorların qapalı görüşünün 3 iyul tarixdə keçirilməsi planlaşdırılır.

Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya  Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.

Tədbirdən hazırlanan fotolar:
https://www.facebook.com/media/set/?set=a.739396952786305.1073741860.486851951374141&type=1

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar