İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Nar Mobile” eşitmə qüsurlu vətəndaşlar üçün kompüterdən istifadə kurslarının tədris olunduğu DVD-lər paylayıb

30.09.2013 [11:45]

Fontu böyüt:      

Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan “Nar Mobile” daha bir xeyriyyə təşəbbüsü ilə çıxış edib. Belə ki, hər il ənənəvi olaraq sentyabr ayının sonuncu həftəsində dünya miqyasında keçirilən Beynəlxalq Karlar Günü də “Nar Mobile” rəhbərliyinin diqqətindən yayınmayıb.
Korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalan “Nar Mobile” daha bir xeyriyyə təşəbbüsü ilə çıxış edib. Belə ki, hər il ənənəvi olaraq sentyabr ayının sonuncu həftəsində dünya miqyasında keçirilən Beynəlxalq Karlar Günü də “Nar Mobile” rəhbərliyinin diqqətindən yayınmayıb.
 
Beynəlxalq Karlar Günü münasibətilə keçirilmiş bayram tədbirini giriş sözü ilə Azərbaycan Karlar Cəmiyyətinin sədri Tapdıq Xalıqov açıb. Daha sonra çıxış edən sədrin 1-ci müavini Musa Tukanov və digər iştirakçılar tədbirin əhəmiyyətindən bəhs etmiş və göstərdiyi dəstəyə görə “Nar Mobile” mobil operatoruna öz təşəkkürlərini bildiriblər. Mərasimə qatılan “Nar Mobile” əməkdaşları isə iştirakçılara mobil operator tərəfindən eşitmə qüsurlular üçün xüsusi olaraq hazırlanmış kompüterdən istifadə videokursları – DVD-lər hədiyyə ediblər. Eşitmə qabiliyyəti məhdud şəxslərin cəmiyyətə qazandırılması istiqamətində göstərilən fəaliyyətin əhəmiyyətindən bəhs edən şirkətin ictimaiyyətlə əlaqələr və korporativ ünsiyyət üzrə rəhbəri Nigar Arpadarai, “Nar Mobile” mobil operatoru tərəfindən təşkil edilən kompüterdən istifadə videokurslarının üstünlüklərindən söhbət açıb.
 
Qeyd edək ki, videokurslar eşitmə və nitq qabiliyyəti məhdud olan şəxslər üçün ilkin hazırlıq xarakteri daşımaqla bərabər, onların ofis mühitinə tamamilə rahatlıqla adaptasiya olmaları üçün geniş imkanlar yaradacaq. “Microsoft Word”, “Microsoft Excel”, “Microsoft PowerPoint”  və digər əsas kompüter proqramlarını tədris edən bu DVD-lər onlarda kompüter texnologiyaları haqqında baza biliklərinin formalaşmasına bilavasitə yardım edəcək. (ictnews.az)
 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar