Fontu böyüt:
2010-cu ilin birinci rübü ərzində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezlikləri İdarəsi tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 211 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrinə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.
Müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 469 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 309 ədədi möhürlənib, 11 ədədi silinib, 149 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 80 protokol yazılıb, müvafiq hüquqi tədbirlər görülüb.