Fontu böyüt:
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi yerli istifadəçilər üçün maarifləndirici xarakter daşıyan kitabça hazırlayıb.
“Facebook”da informasiya təhlükəsizliyi məsələlərinə həsr olunan kitabçada bir sıra vacib məqamlardan bəhs edilir. Xüsusən “Facebook” hesabının təhlükəsizliyinin təmin olunması, xəbərdarlıq mesajının göndərilməsi xidməti, təhlükəsizlik kodu, Spam və viruslara qarşı mübarizə üsulları, fişinq hücumlar, saxta hesablar barədə məlumatlar yer alır.
RİTN-nin dəstəyi ilə hazırlanan kitabça informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırma və tövsiyə xarakteri daşıyır. (AzərTAc)