İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda İnternet biznesin inkişafı və startuplarla əlaqəli tədbirlər keçirilib

05.07.2013 [11:15]

Fontu böyüt:      

Startup Azərbaycan tərəfindən bir sıra tədbirlər keçirilib. Startup Azərbaycan Layihəsinin cari ildəki fəaliyyəti ilə bağlı Təqdimat olub, “Azərbaycanda İnternet biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda Konfrans və uğurlu startupların İnvestorlarla qapalı Görüşü keçirilib.
Startup Azərbaycan tərəfindən bir sıra tədbirlər keçirilib. Startup Azərbaycan Layihəsinin cari ildəki fəaliyyəti ilə bağlı Təqdimat olub, “Azərbaycanda İnternet biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda  Konfrans  və uğurlu startupların İnvestorlarla qapalı Görüşü keçirilib.

Tədbirin açılış mərasimində Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov iştirak edib.

Azərbaycan İnternet Forumunun prezidenti , Startup Azərbaycan Layihəsinin TK üzvü Osman Gündüz açılış nitqi ilə çıxış edib. O,  İnternet –biznes və milli startupların inkişafının indiki dövrdə Azərbaycan üçün aktual olduğunu  diqqətə çatdırıb. “İKT ili”  çərçivəsində bu tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.

Startup Azərbaycan layihəsinin Baş sponsoru olan Bakcell şirkətinin rəsmisi Mark Zirka bu tip Layihələrin ölkədə İT biznesin inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. O, Layihə çərçivəsində keçirilən tədbirlərin, xüsusilə Müsabiqənin  startupların inkişafı üçün xeyli faydalı olduğunu bildirib. Bakcell olaraq belə tədbirlərin təşkilində həmişə maraqlı olduqlarını qeyd edib.

Startup Azərbaycan TK üzvü  Osman Gündüz Startup Azərbaycan Layihəsinin cari ildəki yekunları haqqında təqdimat edib. Ötən dövrdə keçirilən tədbirlər haqqında məlumatlar verib. Layihənin kifayət qədər uğurlu olmasında dövlət dəstəyinin və Startup Azərbaycan ətrafında formalaşan Komandanın mühüm rolu oynadığını qeyd edib. O, layihənin davamlı olacağını diqqətə çatdırıb.

Sonra Startup Azərbaycan Müsabiqəsinin finalçıları elan olunub, Ekspertlərin qiymətləndirməsi ilə 15 Yarımfinalçı arasından 6 Layihənin finala çıxdığı elan olunub.
Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov Finalçılara mükafatlar və diplomlar təqdim edib və onlara uğurlar arzulayıb.
Finalçılara Bakcell, İnfipro, SİNAM və Goldenpay şirkətlərinin hədiyyələri təqdim edilib.

Startup Azərbaycan Müsabiqəsinə təqdim olunan Layihələrin qiymətləndirilməsində iştirak edən Ekspertlərə Təşəkkürnamələr təqdim edilib.

Sonra nazir Əli Abbasov Azərbaycanda İnternet biznesin və milli startupların inkişafı ilə bağlı geniş nitq söyləyib. Bu sahədə mövcud vəziyyəti təhlil edib və hökumətin bu istiqamətdə həyata keçirəcəyi addımlardan söz açıb.
O, dövlət başçısı tərəfindən bu sahəyə xüsusi diqqət yetirildiyini, İT İnkişafı üzrə Dövlət Fondunun və Yüksək Texnologiyalar Texnoparkının yaradıldığını, yaxın 3 ildə  İnternetin inkişafına  450 milyon manat vəsait ayrılacağını diqqətə çatdırıb.
Nazir çıxışında, ölkədə milli startuplar ekosisteminin bütün parametrlərinin yaxın zamanda daha da inkişaf edəcəyinə əmin olunduğunu bildirib,  innovativ təkliflər və layihələrə, onların patentləşdirilməsinə hər zaman dəstək olacağını vurğulayıb.

Daha sonra “Azərbaycanda İnternet biznes : mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda  Konfrans öz işinə başlayıb.
Üç Panel çərçivəsində keçirilən Konfrans dövlət və özəl sektorun nümayəndələrinin, startupçıların  və İT ekspertlərin, xüsusilə Investorların iştirakı ilə maraqlı çıxışlar və diskussiyalarla davam edib.

Sonda Startup Azərbaycan müsabiqəsinin Finalçıları ilə İnvestorların (fərdi və şirkət olaraq) qapalı toplantısı ( Pitç sessiya ) keçirilib.
Startup Azərbaycan TK üzvü Osman Gündüz İnvestorlar qarşısında çıxış edərək İT biznes və startup sahəsinə diqqətə görə İnvestorlara minnətdarlığını bildirib. O,  bu tip tədbirlərin ölkədə startup ekosistemin formalaşmasında mühüm rol oynadığını vurğulayıb və belə tədbirlərin davamlı olacağını qeyd edib.
Osman Gündüz Startup Azərbaycan olaraq  İnvestorlara əlaqələrin genişləndirilməsi məqsədilə  İT biznes və Startuplara dəstək  verən,  bu biznesin inkişafında maraqlı olan İnvestorların Klubunun  da yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Sonra Finalçılar İnvestorlar qarşısında öz Layihələri ilə bağlı təqdimatlar ediblər. İnvestorları maraqlandıran sualları cavablandırıblar. Bəzi Layihələr İnvestorların diqqətini cəlb edib və bu tip startuplarla əlaqələrin gələcəkdə gücləndirilməsi və iş birliyin qurulması nəzərdə tutulub.

Startup Azərbaycan Layihəsi çərçivəsində keçirilən tədbirlərdə  startuplar sahəsində bütün maraqlı tərəflər -  startup komandaları, dövlət qurumları və texnoparkların nümayəndələri, İnvestorlar və İT şirkətlər, mentorlar və ekspertlər , beynəlxalq qurumların nümayəndələri iştirak edib.

Startup Azərbaycan Layihəsinə  Rabitə və İnformasiya Texnologiyaları nazirliyi dəstək verir.
Startup Azərbaycanın Baş sponsoru Bakcell şirkətidir. 
Microsoft, İnfi Pro şirkətləri də Startup Azərbaycanın sponsorlarıdır.

Təqdimat mərasimindən hazırlanan foto  materiallar : https://www.facebook.com/media/set/?set=a.549540861771916.1073741837.486851951374141&type=3

Konfransla bağlı foto materiallar : https://www.facebook.com/media/set/?set=a.549547158437953.1073741838.486851951374141&type=3

Finalçıların İnvestorlarla Görüşündən (Pitç sessiya) hazırlanan foto materiallar : https://www.facebook.com/media/set/?set=a.549553131770689.1073741839.486851951374141&type=3


Geniş məlumat : www.startup.az

Startup Azərbaycan TK
492 -44 44
www.startup.az
[email protected]
@startupaze
fb.com/startupazerbaijan

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar