Fontu böyüt:
Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün 7 iyun tarixdə YT Parkda xüsusi Təlimlər təşkil olunacaq.
Təlimdə startup komandaları üçün biznes-planların yazılması, onların İnvestorlar üçün təqdimatlar hazırlaması, komanda ilə işləmək qaydaları, bazarın dəyərləndirilməsi sahəsində bilik və bacarıqlar əldə edəcəklər.
Artıq Təlim Proqramının ilkin versiyası hazırlanıb.
Təlim prosesində beynəlxalq ekspert Paul Warren və yerli ekspertlər iştirak edəcək.
Təlimlərdən sonra 1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq yarımfinala çıxan startuplar yenidən biznes-planlar hazırlayaraq Müsabiqəyə təqdim edəcəklər. 2-ci mərhələ səsvermədə startupların Ekspertlər qarşısında öz layihələri ilə bağlı Təqdimatlarla çıxış etmələri nəzərdə tutulub.
Ekspertlər startupların təqdimatları və təqdim etdikləri əhatəli biznes –planlar əsasında Startup Azərbaycanın Finalçılarını müəyyən edəcəklər.
Startup Azərbaycan tədbirlərinin yekununda Finalçıların İnvestorlarla qapalı görüşləri təşkil olunacaq.
Ənənəvi Startup Azərbaycan Milli Konfransının və Startup Azərbaycan Yekun Təqdimat mərasiminin iyun ayının sonunda keçirilməsi planlaşdırılır.
Startup Azərbaycan Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
Startup Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının inkişafı Dövlət Fondu dəstək verir.
Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
Yüksək Texnologiyalar Parkı, İnfiPro, SİNAM və Bakcell şirkətləri Startup Azərbaycan-a dəstək verirlər.