Fontu böyüt:
Mətbuat Şurası Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlüyünə 18 namizədin siyahısı hazırlanıb.
Mətbuat Şurasından verilən məlumata görə, siyahı Prezident İlham Əliyevə təqdim olunmaq üçün dəqiqləşdirilir. Şura üç üzvü kütləvi informasiya vasitələrini, üç üzvü jurnalist təşkilatlarını, üç üzvü müvafiq dövlət orqanlarını təmsil edən doqquz üzvdən ibarət tərkibdə formalaşdırılır.
Şura üzvlərini Azərbaycan Respublikasının prezidenti təyin edir.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev aprelin 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqda fərman imzalayıb. Fərmanla fondun nizamnaməsi də təsdiqlənib.