Fontu böyüt:
79 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və Press Reliz xidmətinin iştirak etdiyi müsabiqədə 10 nominasiya üzrə qaliblər müəyyənləşdirildi.
Müsabiqənin Təşkilat Komitəsindən verilən məlumata görə, müsabiqədə 79 dövlət, qeyri-kommersiya və biznes strukturunun mətbuat və PR xidməti iştirak etmişdir. 2006-cı ilin yekunları üzrə keçirilən birinci müsabiqə ilə müqayisədə iştirakçıların sayı bu il 28% artmışdır. Yanvarın 22-dən fevralın 23-nədək olan müddətdə müsabiqənin Təşkilat Komitəsi tərəfindən müsabiqədə iştirakla bağlı dövlət strukturlarının mətbuat xidmətlərindən 10, qeyri-kommersiya strukturlarının PR xidmətlərindən 27 və müxtəlif iqtisadi fəaliyyət sahələrini təmsil edən biznes strukturlarının PR xidmətlərindən 42 müraciət qəbul edilmişdir.
Müraciətlərə əsas və sahə nominasiyaları üzrə baxılmışdır. Qaliblər iştirakçıların fəaliyyətlərini əks etdirən göstəricilərin müqayisə olunaraq ballarla qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilmişdir. Hər bir göstərici üzrə iştirakçıların ballarının cəmlənməsi hesabına iştirakçılar üçün yekun ballar çıxarılmışdır.
"İlin ən yaxşı PR-xidməti" nominasiyası üzrə qaliblər
Təşkilat Komitəsinin qərarı ilə aşağıda sadalanan strukturlar əsas nominasiyalar üzrə müsabiqənin qalibləri elan olunmuşdur:
1. 2008-ci ilin ən yaxşı mətbuat xidməti (hökumət strukturları):
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuatla İş sektoru
2. 2008-ci ilin ən yaxşı PR xidməti (qeyri-kommersiya təşkilatları):
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İçtimaiyyətlə əlaqələr xidməti
3. 2008-ci ilin ən yaxşı PR xidməti (biznes):
Nar Mobile Media Mərkəzi ("Azerfon" MMC)
"Sahənin ən fəal PR-xidməti" nominasiyası üzrə qaliblər
Təşkilat Komitəsi biznes strukturlarının PR xidmətləri arasından həmçinin müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə qalibləri də müəyyənləşdirmişdir. Beləliklə, Təşkilat Komitəsinin qərarı ilə aşağıda sadalanan biznes-strukturların PR xidmətləri 2008-ci ildə fəaliyyət göstərdikləri sahələrdə “Sahənin ən fəal PR-xidməti‿ elan edilmişlər:
1. Maliyyə-sənaye qrupları arasında:
"AtaHolding" ASC-nin İçtimaiyyətlə ƿlaqələr və Reklam şöbəsi
2. Bank sahəsində:
"Bank Respublika" ASC-nin Marketinq departamentinin İctimaiyyətlə ƿlaqələr Şöbəsi
3. Sığorta sahəsində:
MBASK SŞ-nin Marketinq və İctimaiyyətlə ƿlaqələr Şöbəsi
4. İnşaat sahəsində:
"Akkord İnşaat-Sənaye" ASC-nin İctimaiyyətlə ƿlaqələr və Reklam Departamenti
5. Məsləhət xidmətləri sahəsində:
"Allianz Group" MMC-nin layihələr şöbəsi
6. Riteyl (pərakəndə ticarət) sahəsində:
"ADA-Ticarət" QSC-nin Reklam və PR şöbəsi
7. Distribütorluq sahəsində:
"Ultra Computers" şirkətinin PR və Marketinq Departamenti
"İlin ən yaxşı PR xidməti" Müsabiqəsi
"İlin ən yaxşı PR-xidməti" müsabiqəsi "Press-reliz Yayım Xidməti" KA tərəfindən 2006-cı ildən təşkil olunur. Müsabiqənin keçirilməsinin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən təşkilat və şirkətlərin ən fəal və səmərəli fəaliyyəti ilə seçilən PR- və mətbuat xidmətlərinin müəyyənləşdirilməsi və PR xidmətlərin işindəki müsbət təcrübənin yayılmasından ibarətdir.