Fontu böyüt:
Mozilla Firefox 3 Avropada ən çox yayılan brauzer adını qazanmaq üzrədir. TechRadarın məlumatına görə hazırda FF bazarın 35.09 %-ni tutur.
StatCounterin hesablamalarına görə İnternet Explorer 7 brauzer bazarının 34.51%-nə, Internet Explorer 6 və Mozilla Firefox 2 isə uyğun olaraq 11.92% və 3.1%-nə sahibdirlər.
Opera 9.6-nın payına isə Avropa bazarının 4.88%-i düşür. Google Chrome və Apple Safari 3.2 uyğun olaraq 1.57% və 1.4% paya malikdirlər. 19 martda buraxılan yeni Internet Explorer 8 isə hələ ki 2.37% istifadəçi cəlb edə bilib.
Dünyada isə ən çox yayılmış brauzer IE 7-dir. StatCounter`in hesablamalarına görə bu brauzer dünya üzrə 38.6% paya sahibdir.