Fontu böyüt:
Bu qərara Harvard universtetinin alimləri gəliblər. Іnternet Safety Technіcal Task Force komisiyasının nəzdində işləyən Harvard alimləri hesab edirlər ki, internet xüsusi olaraq uşaqların psixikasına elə də çox pis təsir etmir. Onların qeydinə əsasən, real həyatda olan riskli hərəkətlərə virtual aləmdə daha çətin rast gəlinir və bir növ uşaqlar üçün daha təhlükəsiz olur.
Açıq-saçıq şəkil və videolara gəldikdə isə televizor və filmlərdən daha çox bu hadisələrə rast gəlmək olur, nəinki internetdə. Bəzən olur ki, yeniyetmələr bu tip faylları internetdə daha tez tapa bilirlər. Bu o demək deyil ki, belə hallara realda rast gəlinmir. Yeniyetmələrin cinsi əlaqəyə və təcavüzə məruz qalma səhnələrinin təsviri isə qarşısıalınmazdır və buna qarşı hər bir yerdə mübarizə aparılır. Virtual aləmdə baş verən hadisələrin çoxu isə realdan qaynaqlanır. Çünki realda olan hadisələrə dözməyərək psixi təsirə məruz qalan uşaqlar virtualda da bunun qarşısını bir növ etiraz və əyləncə kimi qəbul edirlər.
Bu qərara qarşı artıq ABŞ-da əks informasiyalar yönəldilib.