Fontu böyüt:
Bu gün poçt sahəsi işçilərinin peşə bayramı-Beynəlxalq poçt günüdür. 135 il əvvəl oktyabrın 9-da beynəlxalq post təşkilatı-Ümümdünya Poçt İttifaqı (ÜPİ) yaradılıb. Ümumdünya poçt günü BPİ-yə üzv olan 191 ölkənin hamısında qeyd olunur.
ÜPİ günü beynəlxalq bayram kimi ilk dəfə 1970-ci ildə qeyd olunub. 1984-cü ildə ÜPİ-nin Hamburqdakı Konqresində poçt işçilərinin peşə bayramının Ümumdünya poçt günü adlandırılması barəd əqərar qəbul edilib. Bayram BMT-nin ümumdünya və beynəlxalq günlər sisteminə daxildir.
Azərbaycan isə 1993-cü ilin aprelində ÜPİ üzvlüyünə qəbul olunub. Bununla da Azərbaycanda poçt sistemi dünyaya inteqrasiya etməyə başlayıb.
23.09.1999-cu il tarixində Azərbaycan Respublikası Rabitə Nazirliyinin 151 saylı Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında əmri ilə “Azərpoçt” Birgə Müəssisəsi-nin əvəzinə Azərpoçt Dövlət Müəssisəsi yaradılıb.