Multimedia Mərkəzi bildirir ki, jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn Media” Müsabiqəsində yazıların qəbul müddəti uzadılıb. Yazıların və Tvitter şəbəkəsi vasitəsilə yayılan tvitlərin son qəbul müddəti
Multimedia Mərkəzi bildirir ki, jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan “Onlayn Media” Müsabiqəsində yazıların qəbul müddəti uzadılıb. Mwsabiqə yazılarının və Müsabiqə mövzusu üzrə Tvitter şəbəkəsi vasitəsilə yayılan tvitlərin son qəbul müddəti 01 dekabr tarixi müəyyən olunub.
Beləliklə, Onlayn Media Müsabiqəsinə 15 sentyabr 2013-cü ildən 01 dekabr 2013-cü il tarixədək dərc edilən materiallar qəbul olunur. Artıq məlumat verildiyi kimi yazıların həcmi 5 min işarədən çox olmamalıdır. Müsabiqəyə təqdim olunan materialın orijinalı Azərbaycan dillində çap edilmiş olmalıdır. Müsabiqəyə
bəlli mövzular üzrə məqalələr təqdim oluna bilər. Təqdim olunan yazıların Onlayn media resurslarında (onlayn xəbər resursları, populyar xəbər bloqları (son 1 il ərzində yaradılan bloqlar) və s) dərc olunması vacibdir.
Müsabiqə çərçivəsində Tvitter mikrobloqunda “Ən yaxşı xalq jurnalisti” nominasiyası üzrə yarışma da təşkil olunur. Müsabiqənin iştirakçıları, ölkədə elektron hökumət quruculuğu ilə bağlı yazılan faydalı və ictimai əhəmiyyətli tvitlərin, təklif və rəylərin müəllifləri mikrobloqçulardır Müsabiqə çərçivəsində olan bu tip tvitlər 15 sentyabrdan 01 dekabr tarixədək müddətdə yalnız #ehokumət həştəqi vasitəsilə yazılmalıdır.
Müsabiqə çərçivəsində yalnız tələbələr üçün Tvitter mikrobloqunda e-təhsil, təhsil sistemində informasiya texnologiyaların tətbiqi ilə bağlı yarışma da təşkil olunur.
Tələbələr təhsilin informasiyalaşdırılması, elektron təhsil, distant təhsil, elektron tədris resursları, sosial medianın təhsilin keyfiyyətinin qaldırılmasında rolu və s. bu kimi sahələr üzrə faydalı fikirlərini, təklif və rəylərini Tvitter şəbəkəsində açıqlayırlar. Bu cür tvitlər 15 sentyabrdan 01 dekabr tarixədək olan müddətdə #etehsil həştəqi ilə yazılmalıdır.
Müsabiqəyə qəbul olunan yazıların və tvitlərin qiymətləndirilməsi prosesi Münsiflər tərəfindən dekabrın 1-ci həftəsi həyata keçiriləcək.
Qaliblərin və fərqlənənlərin mükafatlandırılmasından ibarət təqdimat mərasiminin 11 dekabr tarixində keçirilməsi nəzərdə tutulub.
Qaliblərə qiymətli hədiyyələr (planşetlər, smartfonlar, netbuklar və s.) təqdim olunacaq.
Layihə RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə keçirilir.
Geniş məlumat: www.telim.org