Fontu böyüt:
Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkəti Bakının mərkəzində yeni Xidmət Mərkəzi açıb.
Şirkətdən verilən məlumata görə, yeni Xidmət Mərkəzi Nizami küçəsi, 83 ünvanında yerləşir.
«Bakcell»in digər mərkəzlər kimi bu Xidmət Mərkəzi də öz müştərilərinə tam çeşiddə xidmət göstərəcək. Bu, şirkətin Bakıda açdığı sayca 4-cü Xidmət Mərkəzidir, hazırda isə «Bakcell»in ölkə üzrə 7 Xidmət Mərkəzi fəaliyyət göstərir. Bunlardan 4-ü Bakıda, 3-ü isə Sumqayıt, Gəncə və Naxçıvanda yerləşir.
«Bakcell» müştərilərə «BakcellİM Müştəri» və «Satış Xidməti Mərkəzləri» vasitəsilə də xidmət göstərir. Azərbaycanda hazırda 16 «BakcellİM Mərkəzi» fəaliyyət göstərir.
Qeyd edək ki, «Bakcell» şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Hazırda şirkətin 2 mln. artıq abunəçisi mövcuddur.