İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

IBM gələcək beş ilin əsas texnologiyalarını müəyyən edib

19.12.2010 [20:56]

Fontu böyüt:      

IBM şirkəti ənənəvi olaraq ilin sonu ərəfəsində yeni Next Five in Five – növbəti 5 ildə insanların həyatlarını tamamilə dəyişmək imkanına malik texnoloji sahənin beş inkişaf istiqamətlərindən ibarət siyahısını təqdim edib. Belə ki, IBM ekspertlərinin fikrincə, növbəti beşillikdə mobil qurğular “daha personal” olacaq, yəni sahiblərinə onların gündəlik həyatlarında daha çox yardım etmək qabiliyyətində olacaqlar. Mütəxəssislər naviqasiya və LBS-həlləri (istifadəçinin olduğu yer haqqında məlumat emal etmək imkanına malik mobil həllər)

IBM şirkəti ənənəvi olaraq ilin sonu ərəfəsində yeni Next Five in Five – növbəti 5 ildə insanların həyatlarını tamamilə dəyişmək imkanına malik texnoloji sahənin beş inkişaf istiqamətlərindən ibarət siyahısını təqdim edib.

Belə ki, IBM ekspertlərinin fikrincə, növbəti beşillikdə mobil qurğular “daha personal” olacaq, yəni sahiblərinə onların gündəlik həyatlarında daha çox yardım etmək qabiliyyətində olacaqlar. Mütəxəssislər naviqasiya və LBS-həlləri (istifadəçinin olduğu yer haqqında məlumat emal etmək imkanına malik mobil həllər) bazarında da nəzərəçarpacaq qədər dəyişikliklərin baş verəcəyini düşünür. Smartfonlar nəinki hərəkət zamanı optimal marşrut barədə bildirmək, həmçinin istifadəçinin istiqamətləndiyi ofis və ya mağazanın yanında avtomobilini saxlamaq üçün boş yerlər haqqında da lazımi informasiyanı təmin edə biləcəklər.
 
Beş il ərzində fəzada optik cihazsız görünən üçölçülü təsvir yaratmaq imkanına malik ilk kommersiya sistemləri ərsəyə gətiriləcək. IBM-in hesabatında bu texnologiya üçölçülü qoloqrafiya adlandırılıb. Alimlər bildirir ki, burada söhbət düz səthdə formalaşdıran relyef effektindən (qeyd edək ki, hazırda müasir 3D-televizorlar və digər bu kimi qurğularda məhz bu cür texnologiya tətbiq edilir) deyil, həqiqətən də üçölçülü obyektlərdən gedir. Proqnozlaşdırılır ki, stasionar proyektorlar, hətta smartfonlar belə holoqram çıxarmaq imkanları ilə təchiz olunacaq. Misal üçün, mobil telefonla danışarkən istifadəçi xəttin qarşı tərəfindəki müsahibini üzbəüz olduğu kimi görə biləcək. Bununla belə, alimlər bu texnologiyanın beş ilə və ya daha çox vaxta ərsəyə gətiriləcəyini dəqiqləşdirmir.
 
IBM-in hesabatında portativ enerji təchizatı sahəsində də islahatların baş verəcəyi qeyd olunur. Bir qayda olaraq akkumulyator batareyalarının tutumu ildə 7 faiz artır. Növbəti beş ildə isə qurğuların avtonom iş rejimini 10 dəfə artıracaq batareyaların yaradılacağı bildirilir. Qeyd olunur ki, bu, yeni enerji hasilatı üsullarının işlənib hazırlanması hesabına mümkün olacaq.
 
Mütəxəssislərin fikrincə, gələcək beş ildə təşkilatlar, eləcə də dünyanın ayrılıqda hər bir sakininin ətraf mühitə yanaşma məsuliyyəti də artacaq. Dünyada sayı daim artan superkompüterlərin su ilə soyudulma sisteminə keçiddən sonra, burada yaranan isti su, binaların isidilməsi üçün istifadə ediləcək, bu isə emal olunmuş enerjinin daha səmərəli istifadəsinə şərait yaradacaq.
 
Növbəti beş ildə elmi tədqiqatlarda iştirak etmək üçün alim olmağa ehtiyac olmayacaq. Smartfon, məişət texnikası, avtomobil və s. avadanlıqlarda tətbiq edilən modulların köməyi ilə istifadəçi toplanılmış statistik məlumatları bu və ya digər aidiyyəti elmi mərkəzlərə göndərə biləcək. Nəticədə mütəxəssislər insanların fəaliyyətini, eləcə də cəmiyyətdəki tendensiyaları daha yaxşı öyrənə bilər. IBM-də hesab edirlər ki, bu cür məlumatın ötürülməsi hər hansı təhlükə yarada bilməz. Çünki bu cür informasiyada şəxsi bilgilər olmayacaq və istifadəçi onların təyinat nöqtəsini özü seçəcək.
 
Qeyd edək ki, IBM-in bundan əvvəlki proqnozları özünü tam doğrulmasa da, texnoloji sahənin inkişafı ilə əsasən uyğunluq təşkil edirdi. 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar