İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron ticarət vasitəsilə ölkəyə gətirilən mallara vergi güzəştləri tətbiq edilib

27.01.2014 [15:12]

Fontu böyüt:      

Yeni Qaydalarda görə beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallar
Son vaxtlar ölkə əhalisinin internet üzərindən alış-verişə  olan marağının xeyli dərəcədə yüksəlməsi elektron ticarət əsasında ölkəyə daxil olan beynəlxalq poçt göndərişlərinin  həcminin artması ilə nəticələnib. Sözügedən həcmin artım tendensiyası, e-ticarətə müraciət edənlərin sayının sürətlə çoxalması ölkə rəhbərliyinin  diqqətini cəlb edib və bu sahədə vətəndaşlarımızın rahatlığının  təmin edilməsi və  maddi maraqlarının qorunması istiqamətində  Azərbaycan Hökuməti tərəfindən mühüm addım atılıb.
 
Belə ki, elektron ticarət yolu ilə daha qiymətli mal və əşyaların gətirilməsinə şərait yaratmaq məqsədilə müvafiq gömrük Qaydaları yenidən işlənib. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2013-cü il 14 oktyabr tarixli 305 nömrəli qərarı ilə "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları" təsdiq edilib.
 
Yeni Qaydalarda öz əksini tapmış əsas prinsipial məqamlardan biri də ondan ibarətdir ki, beynəlxalq poçt göndərişləri vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən qeyri-kommersiya, yaxud qeyri-istehsal xarakterli mallar güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilməklə poçt vasitəsilə gətirilə bilər.
 
Məlumdur ki, əvvəllər bu güzəştin məbləği 200 ABŞ dolları ekvivalenti təşkil edib. Digər bir yenilik isə ondan ibarətdir ki, əgər gətirilən malın dəyəri təyin olunmuş həddi (1000 ABŞ dollarını) aşarsa, gömrük rüsumu yalnız həmin həddən artıq olan məbləğə tətbiq ediləcək. Bundan  əvvəlki qaydalara görə isə,  gömrük rüsumu dəyəri 200 ABŞ dollarından yuxarı olan malın tam dəyərinə tətbiq edilirdi. Sözügedən dəyişikliklər vətəndaşlara daha böyük imkanlar yaratmaqla onların vəsaitlərinə qənaət etməsinə gətirib çıxardıb.
 
Bu qərar artıq ötən ilin noyabr ayının 27-dən qüvvəyə minib. Hesab edilir ki, vətəndaşların hökumətin onlar üçün yaratdığı bu imkanlar barəsində məlumatlarının artması, alış-veriş zamanı elektron ticarətə üstünlük verəcək, bu da öz növbəsində poçt göndərişlərinin həcminin daha da artmasına təsir edəcəkdir.
 
Bununla bərabər, yeni Qaydalar vətəndaşlarımıza şəxsi istifadəsi üçün daha  geniş çeşidli və dəyəri nisbətən yüksək olan mal və əşyaların beynəlxalq poçt göndərişləri vasitəsilə gətirilməsinə şərait yaradacaq. Qeyd olunmalıdır ki, bu sahədə poçt müəssisələrinin üzərinə də ciddi vəzifələr düşür. Ona görə də "Azərpoçt" MMC tərəfindən artıq bəzi tədbirlər həyata keçirilməkdədir.  Belə ki, internet sifariş əsasında ölkəyə daxil olan poçt göndərişlərinin çatdırılma keyfiyyətini yüksəltmək məqsədilə "Azərpoçt" MMC-də yeni "SMS-bildiriş" xidmətinin göstərilməsinə başlanılıb.
 
 Poçt müəssisələrinə daxil olan beynəlxalq göndərişin üzərində alıcının telefon nömrəsi olduqda, həmin nömrəyə operativ olaraq "SMS-bildiriş" göndərilir və bildirişdə vətəndaşın adına poçt göndərişinin daxil olması və göndərişi almaq üçün xidmət göstərən poçt şöbəsinə müraciət etməyin zəruriliyi barədə məlumat verilir.
 
Yeni xidmətin tətbiqi artıq ilk müsbət nəticələrini verib və beynəlxalq kiçik paket və bağlamaların çatdırılmasını xeyli dərəcədə sürətləndirib. ( ictnews)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar