Fontu böyüt:
Google ABŞ-ın yazıçı və nəşriyyatçı birlikləri ilə xüsusi müqavilə bağlayıb. Razılaşmaya görə, bu birliyə daxil olmaq istəyənlər əsərlərini Google-də qeyd etdirə bilərlər. Sonra satışdan pay da götürmək mümkündür.
Google bu razılaşma üçün 125 milyon dollarlıq vəsait ayırıb. Sonradan ABŞ hökumətinin razılaşma ilə bağlı problemi yaranıb.
Bu problemlərin kökündə razılaşmanın bəzi əsərlərin bütün nəşr haqqlarının yalnız Google-yə çatdırılması durur. Google nəşrin təlif haqqı müddəti bitən kitabları özü paylayır. Normal şərtlərdə isə bu kitabları müddət bitdikdən sonra istənilən şəxs nəşr edib, sata bilər.
Google-nin üstünlüyü ABŞ hökümətini şirkətə qarşı iddia qaldırmağa məcbur edib. Məhkəmə iddiasına cari ilin oktyabr ayının 7-də baxılacaq.