Fontu böyüt:
Türkdilli Dövlətlərin Parlament Assambleyasının Bakıda keçiriləcək sammitində qurumun ortaq televiziya kanalının yaradılması məsələsi qaldırılacaq. "Parlament yanında belə bir televiziyanın fəaliyyət göstərməsi daha effektli ola bilər.
Çünki türk dövlətlərinin qarşılıqlı əlaqələrini obyektiv təmin edəcək başqa bir qurum təsəvvür etmək çətindir" - "Trend"ə Azərbaycan - Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupun həmsədri Nizami Cəfərov bildirib.
Cəfərovun sözlərinə görə, bir müddət əvvəl fəaliyyətə başlayan TRT "Avaz" o qədər də ortaq televiziya kanalı deyil. "İndi bu kanal yalnız Azərbaycanın İctimai Televiziya və Radio Yayımı Şirkəti ilə əməkdaşlıq edir, ortaq proqramlar hazırlanır. Bu, TRT-nin tabeliyindədir, nə qədər qarşılıqlı əlaqələr olsa da, əsas işi onlar özləri görürlər" - millət vəkili əlavə edib.