21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Qitələrarası sualtı çəkilən internet kabelləri getdikcə yüklənir. Dünyada internet istifadəçilərinin artması internet kanalında sıxlıq yaradır. Heç bir internet xidmət təminedicisi buna tab gətirə bilmir. Problemin yeganə həlli kabelləri genişləndirmək və sualtı kabellər çəkdirməkdir.
Telegeography-nin araşdırmalarına görə , Atlantik okeanı altındakı bütün kabellər 2014-cü ildə tam tutumu ilə istifadə ediləcək və internet bazarına girmək mümkün olmayacaq.
Telegeography Analitiki Erik Kreifeldt qeyd edib ki, “Hazırda dünyada yeni bir ünsiyyət kanalını yaratmaq olduqca bahalıdır. Mümkün olduqca qiymətlər enməlidir”.
İndi qitələrarası dənizaltı kabellərin tutumu saniyədə 40 Terabitdir (Tbps). 2008 və 2015- ci illər arasında bu kabellərin istifadə nisbətinin 33% artacağı nəzərdə tutulur. Məlumat trafiki alt-üst olmadan əvvəl müəyyən tədbirlərin görülməsi vacib şərtlərdən biridir.
Hal-hazırda informasiya kanalı üzərində işlər görülməkdədir. Rəsmi olaraq müqavilələrin imzalanması və yeni kabellərin dənizaltına döşənilməsi təxminən 18 aya qədər vaxt apara bilər. Sakit okeanı altındakı kabellərdə isə belə bir problem yoxdur. Yeni intra-Asian kabel xətti çəkilərək Asiya iqtisadiyyatında paralel şəkildə yeniliklər etdi.
Xatırladaq ki, 2008-ci ildə sualtı 15 yeni kabel çəkilmişdir. Bu il isə 16 sualtı kabel çəkilməsi planlaşdırılır. Sualtından keçən kabellərə ən böyük sərmayə 2001-ci ildə qoyulmuşdu və 13,6 milyard dollar xərclənmişdi. 2009-cu ildə sualtı kabellərə ayrılan vəsait isə cəmi 2,6 milyard dollardır.