Fontu böyüt:
Bu il oktyabrın 8-9-da Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında nümayəndə heyəti Havanaya (Kuba) səfər edəcək.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, nümayəndə heyətinə yerli İT-şirkətlərin nümayəndələri də daxil olacaq. Kubanın informasiya və rabitə naziri Ramiro Valdes Menendezin dəvəti ilə baş tutan səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi, həmçinin iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.
Bundan başqa, həmin günlər Havanada telekommunikasiya və informatika üzrə I Kuba-Azərbaycan biznes-forumu baş tutacaq və Kubanın İnformatika Elmləri Universitetində Azərbaycan milli kompüter istehsalçılarının hədiyyəsi kimi kompüter auditoriyasının açılışı olacaq.