İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Elektron xidmətlər sahəsində ciddi problemlər qalmaqdadır

06.11.2008 [13:33]

Fontu böyüt:      


Monitorinq prosesində  dövlət orqanları tərəfindən elektron formada təqdim olunan müxtəlif xidmətlərin (müraciətlər, ərizələr, sorğular, qəbula yazılmaq, elektron formalar, elektron bəyannamələr, Qaynar xətt və s. )  mövcudluğu və işləməsi vəziyyəti araşdırılıb. Hər bir dövlət  qurumu üzrə elektron formada göstərilən
xidmətin adı,  əldə olunması və istifadə qaydasını özündə  əks etdirən məlumat toplusu hazırlanıb və www.informasiya.org saytında yerləşdirilib.  

Monitorinq prosesində elektron xidmətlər  üzrə 50 dövlət  qurumunun rəsmi internet resursları ( Prezidentin, Milli Məclisin Nazirlər Kabinetinin , Nazirliklərin, Dövlət Komitələrinin, İcra hakimiyyətlərinin , Məhkəmələrin və s  ) analiz olunub.
Monitorinq nəticəsində məlum olub ki,  az  sayda olsa da ayrı-ayrı dövlət qurumları tərəfindən  klassik formada təklif olunan adi xidmətlərin addım-addım elektron formaya keçirilməsinə  başlanıb. Əksər dövlət qurumları tərəfindən yalnız müraciət, əlaqə və sual-cavab üçün, müxtəlif formaların əldə olunması üçün elektron formadan istifadə olunur. 16 dövlət qurumu tərəfindən heç bir  xidmət elektron formada təqdim olunmur. Yalnız 5 dövlət qurumunun saytında  Qaynar Xətt xidməti haqqında məlumat qoyulub. Bir dövlət qurumunun təqdim etdiyi xidmət  istisna olmaqla, vətəndaşlar və hüquqi şəxslər  üçün ciddi əhəmiyyət kəsb edən xidmətlərin heç birisi elektron formaya keçirilməyib.
Ölkədə hələ də  “Elektron hökumət” quruculuğu üzrə konkret  Proqram qəbul edilmədiyindən, infrastruktur  problemləri həll olunmadığından, hökumət tərəfindən zəruri  elektron xidmətlərin Baza siyahısı təsdiqlənmədiyindən, həmçinin lazımi maarifçilik işləri aparılmadığından vətəndaşların böyük əksəriyyəti  bu imkanlardan yararlana bilmirlər.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Geniş məlumat www.informasiya.org saytında yerləşdirilib.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar