İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Facebook” “GSMA” Mobil Operatorlar Assosiasiyasına üzv olub

14.11.2013 [23:03]

Fontu böyüt:      

"Facebook" sosial şəbəkəsi hazırda dünyanın 218 ölkəsinin 750 mobil rabitə operatorunu özündə birləşdirən "GSMA" Mobil Operatorlar Assosiasiyasına üzv olub.
"Facebook" sosial şəbəkəsi hazırda dünyanın 218 ölkəsinin 750 mobil rabitə operatorunu özündə birləşdirən "GSMA" Mobil Operatorlar Assosiasiyasına üzv olub. Assosiasiya iştirakçıları 3 milyarddan çox abunəçiyə "GSMA" və "3G" standartlarında öz xidmətlərini təqdim edir ki, bu da dünya mobil internet istifadəçilərinin 86 faizini təşkil edir.

 "GSMA"-nın başlıca məqsədi mobil rabitə xidmətindən dünyanın istənilən yerində istifadə imkanının təmin edilməsi, insanlara bu xidmətdən asanlıqla istifadə etməsinə şəraitin yaradılması, fərdi abunəçilər və ümumilikdə iqtisadiyyat üçün bu xidmətlərin dəyərinin artırılması, eləcə də rabitə operatorlarına və onların tədarükçülərinə yeni kommersiya imkanlarının təqdim edilməsidir.

"Facebook" "GSMA"-ya qoşulan ilk sosial şəbəkə olub. Şirkət nümayəndələri bildirirlər ki, assosiasiyanın işində fəal iştirak üçün maksimum səy göstərəcəklər. "GSMA-ya qoşulmağımız diqqətimizin mobil seqmentə yönəldilməsini sübut edir, eləcə də bu sahənin nümayəndələri ilə sıx əməkdaşlıqda işləmək istəyindən xəbər verir. Biz ümid edirik ki, assosiasiyada iştirakımız fəal olacaq", - "Facebook" rəhbərliyinin qərarını şərh edən şirkətin biznesin inkişafı üzrə vitse-prezidenti Den Rouz bildirib.

Öz növbəsində "GSMA"-ya qoşulma sosial şəbəkəyə "Internet.org" layihəsinin inkişafına xeyli irəliyə getməyə kömək edəcək. Bu layihənin iştirakçıları müxtəlif resurslar, qabaqcıl təcrübə və rəngarəng alətlər mübadiləsi edərək mobil internetin inkişafının əsas sahələri üçün həllər axtarışındadırlar. "Operatorlar və ümumilikdə sənayenin üzləşdiyi məsələ və problemlərə cəlb olunma "Internet.org" təşəbbüsünün inkişafına ümid edən "Facebook" üçün yeganə vacib məqsəd deyil", - sosial şəbəkə nümayəndəsi Derik Mayn qeyd edib. (ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar