21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Milli Net Təşkilat Komitəsinin növbəti toplantısı keçirilib.
Toplantıda ötən dövr ərzində görülən işlər haqqında məlumat dinlənilib. 3 ay davam edən Müsabiqə prosesinin ümumən uğurla başa vurulması qeyd edilib.
Toplantıda həmçinin Müsabiqənin gedişində qarşıya çıxan problemlər, şikayətlər və onları yaradan səbəblər, ətrafında müzakirələr aparılıb.
Toplantıda gələcəkdə Milli Net in daha uğurlu alınması istiqamətdə xeyli Təkliflər səslənib.
Müsabiqə Komissiyasının (Münsiflərin) formalaşdırılmasının və səsvermə prosesinin təkmilləşdirilməsi, münsiflər tərəfindən şərhlərin yazılmasın vacibliyi, Təşkilat Komitəsi tərəfindən həyata keçirilməli olan tədbirlərin ciddi hazırlığının aparılması, Nominasiyalara yenidən baxılması, Nominasiyaların və Səsvermə kriteriyalarının açıqlanmasının hazırlanması istiqamətində səmərəli Təkliflər irəli sürülüb. Müsabiqə Komissiyasına üzvlərin irəli sürülməsi üçün saytda bu istiqamətdə diskussiyaların keçirilməsi, namizədlərin irəli sürülməsinin effektiv üsullarının tətbiq edilməsinin vacibliyi qeyd edilib.
Həmçinin Etika Qaydalarının da hazırlanmasına ehtiyac olduğu bildirilib.
Toplantıda irəli sürülən Təkliflərin AİF- in yanvar-fevral aylarında keçirilməsi nəzərdə tutulan ümumi yığıncağında müzakirəyə çıxarılması qərara alınıb
Toplantıda Milli Net 2009 Təqdimat Mərasimindən hazırlanan FOTOLARIN saytda yerləşdirilməsi haqqında məlumat nəzərə alınıb. Milli NET 2009 Müsabiqəsinin ARXIVININ yaradılması və sayta yerləşdirilməsi zəruri hesab edildi
Təşkilat Komitəsinin toplantısında Toplantıda bir daha Müsabiqəyə dəstək verdiklərinə görə AZERCELL , HP və Delta Telekom şirkətlərinə təşəkkür edilib.
Toplantıda Müsabiqənin Münsiflər Komissiyasının bir sıra üzvləri də iştirak edib