Multimedia Mərkəzi tərəfindən həyata keçirilən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək”Layihəsi çərçivəsində keçirilən Treninqlər başa çatıb.
Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Multimedia Mərkəzi tərəfindən həyata keçirilən
“Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək”Layihəsi çərçivəsində keçirilən Treninqlər başa çatıb.
Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
Sonuncu Treninqdə Ekspert Emin Hüseynov “Kompüterlərdə və internetdə təhlükəsizlik. Viruslar və antiviruslar. Antivirusun yeniləşdirilməsi. Viruslardan və haker hücumlarından müdafiə üsulları. Spamlarla mübarizə. Antişpion proqramlardan istifadə “ mövzusunda təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
Ötən müddət ərzində Layihə çərçivəsində 60-dək Jurnalist Treninqlərdə iştirak edib. Treninqləri uğurla başa vuran Jurnalistlərə Sertifikatlar təqdim olunacaq.
Layihə çərçivəsində İKT ilə bağlı Jurnalistlər üçün metodiki vəsaitin hazırlanması və İnformasiya Cəmiyyətində medianın rolu ilə bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.
Layihənin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya Cəmiyyətinin tələblərinə cavab verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini müasir tələblər baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi göstərməkdən ibarətdir.
Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.
Geniş məlumat :
www.cit.azxeberler.az