İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İqtisadi Tədqiqatlar Mərkəzi “Elektron bələdiyyə” konsepsiyasını təqdim edib

17.06.2009 [18:23]

Fontu böyüt:      

İqtisadi Tədqiqatlar Mərkəzinin hazırladığı konsepsiyada bələdiyyələrin elektronlaşmasının mərhələləri müəyyənləşdirilib.

İqtisadi Tədqiqatlar Mərkəzinin hazırladığı konsepsiyada bələdiyyələrin elektronlaşmasının mərhələləri müəyyənləşdirilib.

Konsepsiyaya əsasən Azərbaycanda bələdiyyələrin elektronlaşması üç mərhələdə həyata keçirilməlidir. Bunlar bələdiyyələrin tam kompüterləşməsi, internet saytlarının yaradılması və yerli özünü idarəetmədə maliyyə-büdcə kompüter proqramlarının tətbiqi sahələrini əhatə etməlidir.

İkinci mərhələdə bələdiyyələrdə sənəd dövriyyəsinin və ön ofisin elektronlaşmasını nəzərdə tutur. Bunun üçün vətəndaşların rəy və şikayətlərini də əhatə edən bələdiyyələrin elektron sənəd dövriyyəsi sistemi yaradılmalı, əhalinin sosial əhəmiyyətli informasiyalara çıxış imkanları yaradılmalıdır.

Sonuncu mərhələdə isə bələdiyyələrin klassik funksiyaları - kommunal xidmətlərin elektronlaşdırılması həyata keçirilir.

Təqdimatda çıxış edən İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu bildirib ki, bələdiyyələrin kommunal xidmətlər sahəsində səlahiyyətlərə sahibləndikdən sonra keyfiyyətcə daha yüksək səviyyədə servis göstərməsi üçün elektronlaşma əsas şərtdir. Onun sözlərinə görə, bu mərhələdə elektron sayğacların tətbiqi, hesablaşmaların elektron qaydada aparılması, müraciətlərin elektron qaydada interaktiv qəbulu və cavablandırılması kimi amillər də vacibdir.

Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru professor Rasim Əliquliyev isə öz çıxışınla Azərbaycan cəmiyyətində nəinki bələdiyyələrin, bütün qurumların elektronlaşmasına ehtiyac olduğunu bildirib. Onun sözlərinə görə, artıq BMT səviyyəsində razılaşdırılmış müqaviləyə əsasən Azərbaycanda nəinki ölkəni, həmçinin yaxın və uzaq qonşu ölkələri təmin edə biləcək böyük informasiya bazaları yaradılacaq.

Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev də bələdiyyələrin elektronlaşmasının vacibliyini qeyd edib. Millət vəkili İTM-in hazırladığı konsepsiyanı bu istiqamətdə ilkin mərhələ üçün vacib sənəd kimi dəyərləndirib.

Qeyd edək ki, "Elektron bələdiyyə" anlayışı, bələdiyyələrin yerli özünüidarəetmə fəaliyyətlərində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqini; vətəndaşa və digər qurumlara internet vasitəsiylə böyük miqyasda xidmət göstərilməsini, qurum daxilində işçilərin kompüter şəbəkələri ilə öz aralarında fəaliyyətlərinin qurulmasını, həmçinin qurumdan kənar lazımi qurumlarla informasiya mübadiləsi fəaliyyətlərinin təşkilini əhatə edir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar