Fontu böyüt:
Bu ilin sonunadək Azərbaycanda internet istifadəçilərinin sayı ölkə əhalisinin 50%-nə çatacaq. Bunların 12%-i (hər 100 istifadəçidən 12-si) genişzolaqlı (ADSL) internet istifadəçisidir. Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Ə.Abbasovun sözlərinə görə, bu göstəricilərin hər ikisinə görə Azərbaycan dünya üzrə orta göstəricini iki dəfə qabaqlayır.
Nazirliyin statistik məlumatlarına görə, 2010-cu ildə Azərbaycanda internet tarifləri bir neçə dəfə, son iki ildə 10 dəfədən çox ucuzlaşıb.