21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
«Apple» korporasiyası «iPad»ın ilk buraxılışının bütün modifikasiyalarının qiymətini 100 dollar aşağı salıb. Bu haqda «Apple Store» onlayn-mağazasının saytında bildirilir.
Endirim istisnasız bütün mallara şamil olunur.
Artıq şirkət tərəfindən yeni «iPad»lar istehsal olunub. «iPad2» martın 2-si «Apple»-ın icraçı direktoru Stiv Jobs tərəfindən təqdim edilib. Yeni versiyanın qalınlığı 8,8 millimetr və hesablama güclərinin «iPad»-in əvvəlki buraxılışından iki dəfə artıqdır. Yeni istehsal olunmuş «iPad», 2 ikinüvəli prosessor A5 və iki videokamera ilə təchiz olunub. «iPad»ın ikinci buraxılışının satışı ABŞ-da 11 martdan başlanacaq. Köhnə versiya ilə müqayisədə onun qiyməti praktik olaraq dəyişməyib, 500 dollar qiymətinə əldə etmək mümkün olacaq.
«Apple» 1976-cı il aprel ayının 1-də Stiv Jobs, Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır.
Şirkətin mərkəzi ofisi ABŞ-ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir. 2005-ci ildən etibarən şirkətə Stiv Jobs rəhbərlik edir. «Apple» «Macintosh», «iPhone», «Mac Book», «iPod» və «İpad» şirkətin ən tanınan məhsullarıdır.
«Apple» bir zamanlar fotokamera və printer kimi texniki qurğular da istehsal etmişdir. Hazırda isə onun istehsal etdiyi məhsullar arasında kompyuterlər, monitorlar, mp3 pleyerlər və proqram məhsulları üstünlük təşkil edir.