İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimatı keçirilib

30.04.2012 [15:24]

Fontu böyüt:      

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimat mərasimi keçirilib.Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Calallının müəllifi olduğu kitab

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Beynəlxalq informatika olimpiadaları” kitabının təqdimat mərasimi keçirilib

 Təhsil Nazirliyinin “Təhsilin idarə olunmasının məlumat sistemləri” şöbəsinin müdiri İsmayıl Calallının müəllifi olduğu kitab Azərbaycanda informatika üzrə olimpiadaların əsasını qoyan, beynəlxalq informatika olimpiadalarında Azərbaycan komandasının rəhbəri Ramin Mahmudzadənin 75 illiyinə ithaf olunub.

Nəşrin elmi redaktoru AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevdir.

Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə 1989-2011-ci illəri əhatə edən beynəlxalq olimpiadaların inkişaf tarixi, Azərbaycanın bu yarışlarda iştirakı ilə bağlı görülən tədbirlərdən və s. bəhs edən kitabın gələcək nəsillər üçün dəyərli töhfə olduğunu bildirdi. Beynəlxalq informatika olimpiadalarının əhəmiyyəti və məqsədindən söhbət açan E.Vəlizadə proqramlaşdırma sahəsində istedadlı şagirdlərin hazırlanmasının önəmliyini vurğuladı. O, proqramlaşdırma üzrə milli kadr hazırlığında Ramin Mahmudzadənin əməyini xüsusi qiymətləndirdi.

İnformatika üzrə bilik yarışlarının təşkili, ölkəmizin beynəlxalq olimpiadalarda təmsil olunması istiqamətində müvafiq qurumlarla aparılan məqsədyönlü işlərdən də söhbət açan nazir müavini bu tədbirlərin yüksək səviyyədə təşkilində yaxın iştirak edən Təhsil Nazirliyi, Heydər Əlıiyev Fondu və İnformasiya Texnologiyaları İnstitutuna göstərdikləri dəstək və təşəbbüsə görə öz təşəkkürünü bildirdi.

Kitabda beynəlxalq informatika olimpiadalarının tarixi, keçdiyi maraqlı və səmərəli inkişaf yolu haqqında ətraflı məlumatların öz əksini tapdığını qeyd edən professor Rasim Əliquliyev nəşrin elmi, pedaqoji cəhətdən əhəmiyyətini vurğuladı. R.Əliquliyev kitabın ərsəyə gəlməsində həm müəllifin, həm də Azərbaycanda olimpiada hərəkatının təşəkkülündə böyük xidmətləri olan Ramin Mahmudzadənin əməyini xüsusi vurğuladı. O, R.Mahmudzadənin ölkəmizdə olimpiada hərəkatının vüsət almasında, informatikanın tədrisində böyük zəhmət və təşəbbüskarlıq nümayiş etdirdiyini bildirərək proqramlaşdırma üzrə xüsusi istedadlı şagirdlərin hazırlanması sahəsindəki xidmətlərindən danışdı: “Ramin Mahmudzadənin xidmətləri dövlət başçısı tərəfindən də qiymətləndirilir. O, yeganə həmkarımızdır ki, informatika üzrə “Şöhrət” ordeninə layiq görülüb”.

R.Əliquliyev növbəti beynəlxalq informatika olimpiadalarından birinin Azərbaycanda keçirilməsi təşəbbüsündən də söhbət açdı. Bu il “Evrovision-2012” mahnı müsabiqəsinin ölkəmizdə keçirilməsinin Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi olduğunu bildirən natiq bu təşəbbüsü dəstəklədiyini bildirdi, Azərbaycanın beynəlxalq olimpiadaya ev sahibliyi etməsi üçün hər bir məsələdə hazır olduğunu söylədi.

Sonra çıxış edən Ramin Mahmudzadə Azərbaycanın beynəlxalq olimpiadalarda iştirakına dair görülən tədbirlər, həyata keçirilən layihələrdən geniş söhbət açdı. Beynəlxalq informatika olimpiadaları ilə bağlı xatirələri ilə bölüşdü.

YUNESKO-nun dəstəyi ilə məktəblilər arasında keçirilən beynəlxalq informatika olimpiadalarının dünya ölkələrində təhsilin və innovativ təhsil texnologiyalarının inkişafında mühüm rol oynadığını qeyd edən İsmayıl Calallı bildirdi ki, beynəlxalq səviyyədə uğur qazanmaq üçün proqramlaşdırma sahəsində xüsusi istedadlı şagirdlərlə geniş iş aparılmalıdır. “İlk növbədə, olimpiada məsələlərini və onların həlli üsullarını əhatə edən çap və ya elektron materiallar olmalıdır” – bildirən müəllif Azərbaycanın bu yarışlarda 1994-cü ildən iştirakına baxmayaraq, bugünədək ana dilimizdə informatika üzrə olimpiadalara aid heç bir vəsaitin olmadığına təəssüf etdi. Gələcəyin olimpiadaçılarına yardımçı olmaq niyyəti ilə yazılmış kitabda beynəlxalq olimpiadaların keçirilməsi qaydalarından olimpiada məsələlərı, onların həlli metodikası və beynəlxalq olimpiadalara hazırlıq proqramlarınadək ən mühüm sahələrin işıqlandırıldığını bildirdi.

Kitab dörd bölümdən və əlavədən ibarətdir. Kitabda informatika üzrə beynəlxalq olimpiada hərəkatının inkişaf tarixindən, 1989-2011-ci illərdə hər olimpiadanın keçirilmə özəllikləri və Azərbaycan məktəblilərinin bu olimpiadalarda iştirakından danışılır. Məktəblilər arasında informatika üzrə beynəlxalq olimpiadanın təşkili və keçirilməsi məsələlərinə həsr olunan ikinci bölümdə əsas tənzimləyici sənədlərin məzmunu, olimpiadanın rəhbər orqanları və olimpiadada məktəblilərin iştirak qaydaları gözdən keçirilir. Üçüncü bölümdə olimpiada məsələlərinin məzmunu və onların həllinin yoxlanması sistemləri ilə bağlı mühüm məqamlara toxunulur. İnformatika üzrə beynəlxalq olimpiadaların əsas xarakteristikaları və çağdaş məzmunu, eləcə də iştirakçıların həllərinin yoxlanması və qiymətləndirilməsi prosesinin reallaşdırılmasına qoyulan tələblər və indiki olimpiadalarda istifadə olunan avtomatik yoxlayıcı sistemin özəllikləri təsvir olunur. Burada həmçinin informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq proqramı verilib. Sonuncu bölümdə isə 2006-2007-ci illərdə məktəblilər arasında keçirilmiş informatika üzrə beynəlxalq olimpiadalarda təklif olunmuş məsələlərin şərtləri, onların həlli üçün metodik göstərişlər, eləcə də onların sınaqdan keçirilməsi və qiymətləndirilməsi sisteminin təsviri verilib.

Kitabın sonunda beynəlxalq informatika olimpiadalarında Azərbaycanı təmsil etmiş məktəblilərin qısa tərcümeyi-halı verilib.

BDU-nun kafedra müdiri texnika elmləri doktoru Ələkbər Əliyev, Bakı Kompyuter Kollecinin direktoru İradə Səfərova və başqaları Ramin Mahmudzadənin nəcib insani keyfiyyətlərindən, ölkəmizdə olimpiada hərəkatının formalaşması sahəsindəki xidmətlərindən danışdılar. 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar