İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Millət vəkili: “Azərbaycan internet azadlığına görə digər dövlətlərə nümunədir”

02.03.2013 [11:26]

Fontu böyüt:      

Azərbaycanda internet kifayət qədər sərbəstdir və bu sahədə hər hansı problem ola bilməz. Bu barədə Gün.Az-a millət vəkili Aydın Mirzəzadə ölkədə internet azadlığı ilə bağlı danışarkən deyib.
Azərbaycanda internet kifayət qədər sərbəstdir və bu sahədə hər hansı problem ola bilməz.
Bu barədə Gün.Az-a millət vəkili Aydın Mirzəzadə ölkədə internet azadlığı ilə bağlı danışarkən deyib.
O bildirib ki, bu gün müxtəlif sosial şəbkələrdə, o cümlədən facebook, twitter, həmçinin internet qəzetlərdə, portallarda hər kəs açıq və sərbəst şəkildə öz mövqeyini, fikirlərini ifadə edə bilir.
“Gündəlik baş verən hadisələrlə bağlı biz ilk müzakirələri  məhz sosial şəbəklərdə izləyirik. Eyni zamanda elektron ünvanlar vasitəsiylə hər kəs sərbəst yazışmalarını həyata keçirir.
Və heç kəs internet yazışmalarına görə dövlət tərəfindən təzyiqlərə məruz qalmayıb. Ölkəmizdə internet istifadıçilərinin sayının günü-gündən artması, internet xidmətlərinin genişləndiriləməsi də bunun göstəricisidir”.
Millət vəkili deyib ki, bu baxımdan Azərbaycanı digər dövlətlərə nümünə saydığını vurğulayıb.
Qeyd edək ki, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mətbuata açıqlamasında Azərbaycan vətəndaşlarının mövcud qanunvericilik çərçivəsində öz fikirlərini istənilən məkanda, mediada, internetdə tam sərbəst ifadə edə bildiklərini deyib.
Nazir vurğulayıb ki, Azərbaycanda internet istifadəçilərinin sayının daim artması bunun bariz nümunəsidir.
“Hazırda ölkə əhalisinin təxminən 70%-i internet istifadəçiləridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev internet azadlığının və internetdən məhdudiyyətsiz istifadənin təmin olunduğunu dəfələrlə qeyd etmişdir.
Məhz cənab Prezidentin təşəbbüsü ilə 2013-cü il “İnformasiya Kommunikasiya Texnologiyaları ili” elan edilib, İnformasiya Texnologiyaları Universitetinin yaradılması barədə sərəncam verilib.
Ölkənin bütün ərazisində əhalinin genişzolaqlı İnternet xidmətlərdən istifadəsini genişləndirmək məqsədilə “Evlərə optika” layihəsi həyata keçirilir, dövlət orqanlarının göstərdiyi xidmətlərin elektronlaşdırılması sürətləndirilib”.
 
Nazir bildirib ki, ölkənin gələcək inkişafı insan kapitalının inkişaf etdirilməsinə, texnoloji tərəqqinin nailiyyətlərinin mənimsənilməsinə bağlıdır.
“İnternetdən istifadə insanların informasiya imkanlarını və onlar arasında ünsiyyəti genişləndirir, zəruri bilgilər əldə etməsinə şərait yaradır. Azyaşlı uşaqların internetdən necə və hansı məqsədlər üçün istifadə etməsinə nəzarət isə birbaşa valideynlərinin, məktəbdə isə müəllimlərin üzərinə düşən məsuliyyətdir”.
Onun sözlərinə görə, bununla bağlı Milli Məclisdə yeni bir qanunun qəbul edilməsi nəzərdə tutulmur.
“Azərbaycanda internet azaddır, hər-hansı senzura tətbiq edilmir və buna heç kimin şübhəsi olmasın. Bu bizim paylaşdığımız universal dəyərlərin əsas şərtidir.
Bu gün ölkədə istər blogerlər, istər media nümayəndələri internet vasitəsilə də öz fikirlərini azad ifadə edirlər, hər hansı daxili və ya xarici informasiya resurslarının istifadəsinə məhdudiyyət qoyulmur. Azərbaycanlılar sosial şəbəkələrdə fəal iştirakı ilə seçilirlər”.
Ə.Abbasov vurğulayıb ki, bu gün təkcə Facebook-da 1 milyondan çox azərbaycanlı istifadəçi vardır. Azərbaycanda internet azadlığı üçün bütün şərtlər təmin edilib. Ayrı-ayrı şəxslərin hər-hansı məsələ ilə bağlı səsləndirdiyi fikirlər onların subyektiv fikridir.
“Azərbaycan İnternetdə azadlıqların qorunması istiqamətində ölkədə və beynəlxalq aləmdə fəal iştirak edir. Məsələn, ölkəmiz 2005-ci ildə Tunisdə keçirilən Dünya İnformasiya Cəmiyyəti Sammitində İKT-nin insan hüquqlarının və azadlıqlarının qorunmasında rolu barədə Avropa Şurasının təqdim etdiyi tövsiyələrin həmmüəlliflərindən biri olmuşdur.
2012-ci ildə Bakıda keçirilmiş İnternet İdarəçilik Forumunun 7-ci toplantısının əsas mövzulardan olan İnternet azadlığını müdafiə edən fəal dövlətlərdən biri də Azərbaycan olmuşdur.
Dövlətin öz inkişaf strategiyası, uzunmüddətli hədəfləri vardır və Azərbaycanda internet azadlığının təmin edilməsi bu inkişaf strategiyasının tərkib hissəsidir”.
Ölkə prezidenti İlham Əliyev bu günlərdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XVI iclasının iştirakçıları ilə görüşündə bəyan etdi ki, bu gün Azərbaycanda bütün kütləvi informasiya vasitələrinin sərbəst işləməsi üçün hər cür şərait, tam fəaliyyət, söz, fikir ifadə azadlığı, sərbəst internet mövcuddur.
Pərvanə Sultanova
Gün.Az

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar