İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Milli peykin resurslarından səhiyyə, təhsil, rabitə və digər sahələrdə istifadə mümkündür

15.08.2013 [13:34]

Fontu böyüt:      

Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azerspace-1"-in resurslarının daxili və xarici bazarlarda realizasiyası ilə bağlı intensiv işlər aparılır.
Azərbaycanın ilk milli telekommunikasiya peyki "Azerspace-1"-in resurslarının daxili və xarici bazarlarda realizasiyası ilə bağlı intensiv işlər aparılır.
"Azərkosmos"dan"ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu istiqamətdə aparılan işlər davamlı xarakter daşıyır.
"Peykin imkanlarından təhsil, səhiyyə, rabitə, naviqasiya və digər sahələrdə istifadə tamamilə mümkündür və bu işlər hazırda həyata keçirilir. "Azərkosmos" ASC-nin kommersiya fəaliyyətinin əsas məqsədi peykin tutumlarını bazar konyukturasına uyğun şəkildə müştərilərin istifadəsinə verməkdən ibarətdir. Bu zaman əldə edilmiş peyk resurslarının səhiyyə, təhsil, rabitə və ya istənilən digər məqsədlər üçün istifadəsi sırf müştərinin öz istəyindən asılı olan məsələdir. Misal üçün, müştərilər bu resurslardan istifadə edərək dünyanın müxtəlif bölgələrində yerləşən ofislər arasında "data" şəbəkəsi qura və ya çətin keçilən ərazilərdə rabitə xidmətləri yarada bilərlər", - deyə "Azərkosmos"da bildiriblər.
Qeyd edək ki, "Azərkosmos" yayım şirkətləri ilə "Azserspace1" imkanlarının reallaşdırılması ilə bağlı danışıqlar aparır.
Artıq ATV, ANS, AzTv, "Mədəniyyət", İTV və s. kanalların yayımı milli peyk üzərindən təşkil edilib və xarici televiziya kanalları ilə "Azerspace1" üzərindən yayımın təşkili ilə bağlı danışıqlar aparılır. Bununla yanaşı, "Azərkosmos" data məlumatların ötürülməsi xidmətlərinin göstərilməsi məsələsini də müzakirə edir.
Milli peykin imkanlarından təhsil və səhiyyə sahəsində xidmətlərin təşkilində istifadə etmək üçün böyük imkanlar mövcuddur, lakin bu xidmətləri "Azərkosmos" birbaşa təşkil etmir, onları internet provayderlər və digər operatorlar, peykin resursları vasitəsilə göstərə bilərlər.
(ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar