İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

«GoldenPay» online ödəmə sisteminə sürətli qoşulmaq üçün yeni xidmət təqdim olundu

06.08.2009 [13:31]

Fontu böyüt:      

«Silverkey Technologies» şirkətlər üçün GoldenPay sisteminə sürətli və asan qoşulmaları üçün xüsusi «QUICKPAY» xidmətini təqdim edib. Bu xidmət sayəsində GoldenPay sistemini bir gün ərzində aktiv etmək mümkündür.

Silverkey Technologies şirkətlər üçün GoldenPay  sisteminə sürətli və asan qoşulmaları üçün xüsusi «QUICKPAY» xidmətini təqdim edib. Bu xidmət sayəsində GoldenPay sistemini bir gün ərzində aktiv etmək mümkündür. Bunun üçün siz müqavilə imzalandıqdan sonra,  şəxsi Veb Səhifənizdə «Online Ödəmə» düyməsi yaradıb onu Silverkey tərəfindən veriləcək linklərə yönləndirməlisiniz. 

Bu günə qədər «QUICKPAY» xidmətinə 3 şirkət daxil edilib.Həmin şirkətlər aşağıdakılardır:

1. Bakı Turizm və İnformasiya Mərkəzinin portalı –
(
http://www.bakutourism.az). Artıq siz hotel üçün internet üzərindən geydiyyatdan keçərək, göstərilmiş xidmətə görə internet vasitəsilə ödəniş apara bilərsiniz.

2. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin layihəsi - «Xalq Kompüteri»
(
http://www./xalqcomp.az). Layihə çərçivəsində kompyuter alan müəllimlər kreditlərini istənilən plastik kartı, hətta əmək haqqı kartlarını istifadə eləyərək ödəyə bilərlər.

3. «SOS Uşaq Kəndləri» xeyriyyəçilik fondu (http://www.soschildren.az). Xeyriyyəçiliklə məşğul olmaq istəyən insanlar dünyanın istənilən ölkəsindən plastik kart vasitəsi ilə fondun hesabına istənilən məbləğdə yardım eləyə bilərlər.

Eyni zamanda, Azərbaycanda ilk internet-xərrac olan Sintada da (http://www.sinta.az) GoldenPay sistemi tətbiq edilib. Bu həm Azərbaycan vətəndaşlarına, həm də digər ölkə vətəndaşlarına xərraclarda online iştirak etmək üçün plastik kart «Visa/ Visa Eleсtron» və «MasterСard/Maestro» balanslarını doldurmağa imkan verir.

“GoldenPay” sistemi 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdim olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar