Fontu böyüt:
Dünyanın tanınmış və ən iri texnologiya məhsulları istehsalçısı olan "HP" şirkəti Türkiyədə fabrik açmaq qərarına gəlib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, qurulacaq fabrik ölkə bazarı ilə bərabər, həmçinin Şərqi Avropa və Orta Şərq bazarları üçün də texnologiya istehsal edəcək.
“HP” şirkətinin Türkiyə üzrə müdiri Sərdar Uçar bildirib ki, texnologiya vəsaitləri istehsalçısı olan “Foxconn” şirkəti ilə birlikdə Türkiyədə masaüstü kompyuter istehsalı üçün fabrik qurmağı planlaşdırırlar.
S.Uçar bildirib ki, bu işi həyata keçirə bilsək Türkiyə bundan sonra ildə 2 milyon ədəd kompyuter ixrac edə biləcək.