Fontu böyüt:
Azərbaycan İnternet Forumunun toplantısında yeni formatda Milli İnternet Müsabiqəsinin keçirilməsi ilə bağlı məsələ yenidən müzakirə olunub.
Müsabiqənin Əsasnaməsi, Loqosu, Mükafatın eskizi, müsabiqəyə təqdim olunacaq resursların Qeydiyyat sistemi təsdiq olunub.
Əsasnaməyə görə hər ilin sonunda keçirilməsi nəzərdə tutulan Müsabiqədə ancaq Azərbaycandilli versiyası olan resursların iştirakı, eyni zamanda, Müsabiqənin qaliblərinin İnternet istifadəçilər tərəfindən deyil ancaq Münsiflər Heyəti tərəfindən qiymətləndirilməsi nəzərdə tutulub.