21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Sayt rəhbərliyi bu barədə hər hansı bir açıqlama verməyib
Sosial şəbəkə saytı “Facebook”un ən böyük türk səhifəsi olan “Türk Bayrağı” sayt rəhbərliyi tərəfindən bağlanıb. “Facebook” rəsmiləri səhifənin bağlanması barədə hər hansı bir açıqlama verməyib. Səhifənin yaradıcısı Üfüq Erbil bu səhifənin Türkiyə və bu ölkənin 81 vilayəti barədə məlumatlarla təchiz edildiyini, yayımladığı tarixi və turistik yerlərin şəkilləri və videoları ilə ictimai xidmət xarakteri daşıdığını deyib: ““Facebook” rəhbərliyinin bu haqsız addıma son verməsini və səhifəmizi təkrar açmasını istəyirik. Üzvlərimizi və türk bayrağı sevdalılarının dəstəyini gözləyirik”.
Qeyd edək ki, Üfüq Erbil qrup üzvlərini və qrupa dəstək vermək istəyənləri “Facebook” rəhbərliyinin elektron ünvanına ( [email protected] / [email protected] ) e-mail yollayaraq səhifənin haqsız yerə bağlanmasına etiraz etməyə çağırıb.
Xatırladaq ki, “Türk Bayrağı” səhifəsinin 5 milyon 465 min üzvü vardı.