İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Danışır və göstərir videotelefon

25.04.2009 [10:13]

Fontu böyüt:      

Azərbaycanda videotelefonlardan yalnız yüksəksürətli İnternetə qoşulduqdan sonra istifadə etmək mümkündür, çünki mövcud telefon xəttləri videotelefondan istifadə etməyə imkan vermir.

1876-cı ildən başlayaraq bizim günlərə qədər, telefon ən populyar əlaqə vasitələrindən biri olaraq qalır. Çünki digər  texniki alternativ əlaqə vasitəsi uzaq məsafədə olan həmsöhbətilə bilavasitə əlaqə effektini verə bilməz. 

Telefon vasitəsilə yalnız mənadaşıyıcı məlumatı deyil, həmçinin səsin, əhval-ruhiyyənin çalarlarını çatdırmaq mümkündür. Lakin videotelefonlar yaranandan sonra ünsiyyət imkanları xeyli çoxaldı. Yaranan gündən sürətlə içtimai həyatın əsas hissəsinə çevrilmiş adi telefondan fərqli olaraq, videotelefon, texniki göstəricilərinin üstünlüklərinə baxmayaraq, böyük aidutoriyaya çatdırılmayıb.

Videotelefon hər iki tərəfdə video-kamera ilə təmin olunmuş və səsi təsvirlə yanaşı ötürə bilən bir texniki cihazdır. Videotelefon vasitəsilə abonentlər bir birilərini həm eşidirlər, həm də görürlər.

1930-cu ildə aprelin 9 Nyu-Yorkda videotelefon vasitəsilə ilk iki tərəfli rabitə seansı baş tutdu. 1936-cı ilin martın birində isə Almaniyada Berlinlə Leypsiq arasında əlaqə yaradan videotelefon istifadəyə verilmişdir. Təsvir genişzolaqlı kabel vasitəsilə ötürülürdü və 500 kHs tezliyində yerləşirdi. 1964-cü ildə Toshiba şirkətində tarixdə ilk dəfə videotelefon icad edildi. Videocihaz adi telefon xəttinə qoşulurdu. Lakin yenilik təsviri ötürə bilməsə də - 5-saniyəlik yenilənmə ilə şəkili göstərə bilirdi.

Videotelefonların kütləvi istehsalına və populyarlığına telefon yarımstansiyaları mane olurdu. Yarımstansiyalar yalnız analoq siqnalını ötürə bilir. Siqnalın həcmi isə yalnız akustik siqnalın elektromaqnit təkanlarını ötürə bilirdi. Bu isə - təsvirin deyil, səsin ötürülməsi deməkdir.  Videotəsviri uzaq məsafəyə ötürmək isə - ötürmə xəttlərinin ötürmə imkanlarının və xəttlərin davamlığının bir neçə dəfə çoxaldılması deməkdir. Bunun üçün ilk növbədə telefon stansiyasının modernizasiyası vacibdir. Bir  qədər sonra bir neçə qərb ölkəsində analoq telefon xəttlərini rəqəmsal xəttlərlə əvəz etdilər və yeni texnologiyalar sayəsində məlumatların sürətli ötürülməsi təmin edildi. 

2004-cü ildən İtaliyada dünyada ilk dəfə olaraq adi telefon xəttinə qoşulmaqla videotelefonlardan istifadə etmək mümkün olub. Yeni aparat 10-santimetrlik videoekranla və ekranın üstündə quraşdırılmış miniatyur videokamera ilə təchiz edilib. Videocihaz yüksək keyfiyyətli təsviri saniyədə 15-kadr tezliyi ilə ötürür (mobil telefonda tezlik saniyədə 7-8 kadr təşkil edir).

Azərbaycanda videotelefonlardan yalnız yüksəksürətli İnternetə qoşulduqdan sonra istifadə etmək mümkündür, çünki mövcud telefon xəttləri videotelefondan istifadə etməyə imkan vermir.  Yerli mobil operatorları 3G texnologiyasını tətbiq etdikdən sonra, gələcəkdə mobil videotelefondan istifadə etmək mümkün olacaq. //Yılmaz Qarayev


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar