Fontu böyüt:
General Motors qlobal iqtisadi böhrandan xilas olmaq üçün yeni bir vasitəyə əl atıb. Şirkət “Puma” adlı 2 nəfərlik avtomobil istehsal etdi. ABŞ-ın Nyu-York şəhərində küçələrdə görünən maşın insanların marağına səbəb olub.
Avtomobil elektrik enerjisi ilə işləyir və 2 təkərlidir. Maşın sürətli və yığcamdır. Qiyməti ucuzdur.
Qeyd edək ki, General Motors avtomobil texnologiyasında Yaponiya və Cənubi Koreyalı rəqiblərindən geri qalır. Şirkət kiçikhəcmli texnologiyanın istehsalına Barak Obamanın məsləhəti ilə keçib. Avtomobilin kütləvi satışa nə zaman çıxarılacağı bəlli deyil.