Fontu böyüt:
Kompüter virusunun yayılma arealı daha da genişlənir. Belə ki, İngiltərənin Mançestr şəhərində yola nəzarət edən kompüterlər Conficker virusuna yoluxub.
Bununla da 28 gün yol hərəkətini pozanlara cəza vermək təxirə salınıb. Əvvəllər də yol hərəkəti qaydalarına pozanlara cərimə yazmaqda istifadə edilən sistemlər virusa yoluxduğundan bir müddət bağlanmışdı. Nəqliyyat vasitələrinin qanun pozuntuları kamera ilə çəkilib. Lakin virusun sistemlərə yoluxması səbəbindən 28 gün qeydə alınan cərimələr ləğv edilib.
Ləğv olunan 1608 biletin şəhər bələdiyyəsinə xərci 43.000 pound, yəni Azərbaycan manatı ilə 55 min manat olub. Sistemə yoluxan virusların təmizlənməsi üçün isə 600.000 pound, yəni 765.000 AZN xərc çəkilib. Bələdiyyə belə hadisələrin qarşısını almaq məqsədilə müəyyən tədbirlərin görülməsi üçün 600.000 pound da (765.000 AZN) xərcləməli olub.
Bundan əlavə elektronik sənədlərin bir qisminin əlavədən kağız kopiyalarının saxlanılmasına qərar verilib. Virusun yoluxmasına səbəb olan USB yaddaşlar da qadağan edilib və USB portlar ləğv edilib.