21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycanın rabitə xidmətləri sahəsində ilk dəfə olaraq Danışan nömrə sistemi tətbiq ediləcək.
Rabitə və informasiya texnologiyaları nazirinin müavini İ.Məmmədovun sözlərinə görə, Danışan nömrənin əsas məqsədi mobil telefon istifadəçisinin operatordan asılılığını aradan qaldırmaqdır. İ.Məmmədov bildirdi ki, əgər hər hansı istifadəçinin operatordan xoşu gəlmirsə və ya digər operatorun xidmətindən istifadə etmək istəyirsə, ərizə yazmaqla öz mobil nömrəsini dəyişmədən başqa operatora keçəcək: Azərbaycanda bunun tətbiqi üçün artıq bir çox şirkətlərdən təkliflər alınıb.
Hazırda bu təkliflərin qiymətləndirilməsi həyata keçirilir. Danışan nömrənin tətbiqi ilə bağlı qərarın yaxın günlərdə veriləcəyi gözlənilir. Bu qərar veriləndən sonrakı 3 ay ərzində reallaşa bilər. Həmin müddətdə isə yeni sistemin tətbiqi üçün müvafiq avadanlıqlar quruşdırılmalı, istifadə qaydaları hazırlanmalıdır. Artıq bunun üçün hazırlıq işləri görülür, yalnız müəyyən detalları yerli qanunvericiliyə uyğunlaşdırmaq məsələsi qalır. Əgər qərar verilərsə, bu məsələ 3 ay ərzində həllini tapacaq.
xeberler.az/Ellada