İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Google” mobil telefonları kredit kartlarına çevirəcək

17.03.2011 [18:11]

Fontu böyüt:      

ABŞ-da dünyanın nağdsız ödəmələr sistemində inqilabi yeniliyə səbəb ola biləcək layihə üzərində işlər başlayıb. Xeberler.az-ın Bloomberg agentliyinə istinadən məlumatına görə, “Google” şirkəti “VeriFone” şirkəti ilə birlikdə yeni qeyri nağd ödəmə texnologiyası hazırlayır. Bu texnologiya mobil telefonların mağazalarda nağdsız ödəmə üçün istifadə olunmasına imkan verəcək. Yeni sistem ənənəvi kredit kartlarını əvəz edərək onları bazardan çıxarmalıdır. Yaxın aylarda San-Fransisko və Nyu-Yorkda yeni sistemin sınaqlarına başlanacaq. Artıq mağazalarda quraşdırılmış “VeriFone” terminalları telefonun mikrosxemi vasitəsilə ödənişləri qəbul edə bilir. Bu, təmassız yaxın mobil
ABŞ-da dünyanın nağdsız ödəmələr sistemində inqilabi yeniliyə səbəb ola biləcək layihə üzərində işlər başlayıb. Xeberler.az-ın Bloomberg agentliyinə istinadən məlumatına görə, “Google” şirkəti “VeriFone” şirkəti ilə birlikdə yeni qeyri nağd ödəmə texnologiyası hazırlayır.

Bu texnologiya mobil telefonların mağazalarda nağdsız ödəmə üçün istifadə olunmasına imkan verəcək. Yeni sistem ənənəvi kredit kartlarını əvəz edərək onları bazardan çıxarmalıdır.

Yaxın aylarda San-Fransisko və Nyu-Yorkda yeni sistemin sınaqlarına başlanacaq. Artıq mağazalarda quraşdırılmış “VeriFone” terminalları telefonun mikrosxemi vasitəsilə ödənişləri qəbul edə bilir. Bu, təmassız yaxın mobil rabitə vasitəsilə mümkün olur.

Yeni texnologiyanın ən maraqlı cəhəti odur ki, smartfonun bir mikrosxemində onun sahibi barədə bütün lazımi informasiyaları yerləşdirmək mümkündür. Bura bank hesabı, hədiyyə və klub kartları və xüsusi tədbirlərə abunə barədə məlumatlar daxildir. Təmassız yaxın mobil rabitə sistemi ilə təmin olunmuş telefonların sahibləri bu texnologiyadan istifadə edə biləcəklər.

Qeyd edək ki, “Google” bu istiqamətdə araşdırma aparan ilk şirkət deyil. Ötən ilin sonunda ABŞ-ın 3 böyük mobil rabitə şirkəti – “Verizon Wireless”, “AT&T Inc.” və “T-Mobile” belə layihə üzərində işlərin başlandığını bəyan ediblər.
 

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar