Fontu böyüt:
Google daha aktiv yüksək texnologiyalarla bazara çıxmağa başladı. İnternet-nəhəngi təsirini öz əsas biznesindən- internet axtarışından daha uzağa yaymaq istəyir. Google şirkəti Google Editions internet mağazasını 2010-cu ilin birinci yarısında açmağı planlaşdırır. Burada kitabların elektron versiyası satılacaq.
Şirkətin planlarına görə, əvvəl mağazada 400 mindən 600 minədək nəşrlər satışa çıxarılacaq. Siyahı daimi təzələnəcək. Bununla onları hər bir veb- brauzer olan qurğuya yükləmək asan olacaq. Oxucular kitabları bilavəsitə Google Editions saytında sifariş edə və yaxud Amazon.com, Barnes&Noble.com kimi partnyor mağazaların vasitəsi ilə ala bilərlər.
Kitabı əldə edib yükləyəndən sonra o qacetin yaddaşında saxlanılacaq və off-line-də belə oxumaq asan olacaq. Google biznes planlarına görə, kitablar onun öz Google Editions on-line mağazasında satılanda nəşriyyatçılara 63% gəlir qalacaq, şirkətin özünü isə 37% gəlir çatacaq. Partnyor mağazalarının-Amazon və Barnes& Noble vasitəsi ilə satılan halda, nəşriyyatçıya 45% qalacaq, qalan məbləğin əsas hissəsi isə satıcıya çatacaq.
Kitabları hələlik yalnız ABŞ ərazisində yükləmək və almaq olar. İnternet şirkətinin verdiyi məlumata görə, bu mağazanın arxivində miliyon yarımdan çox kitablar olacaq. Hal-hazırda nəşriyyatçıları əməkdaşlığa cəlb etmək üçün müəyyən işlər aparılır.