Fontu böyüt:
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti Əlcəzairin «Wataniya» və Birləşmiş Ərəb Əmirliklərinin «DU» operatorları ilə GPRS/MMS rouminq xidmətini istifadəyə verib.
Şirkətdən xeberler.az-a verilən məlumata görə, bu, «Azercell»in BƏƏ ilə ikinci, Əlcəzairlə isə birinci rouminq müqaviləsidir.
Ümumiyyətlə, indiyədək «Azercell Telecom» şirkəti 74 ölkənin mobil rabitə operatorları ilə 178 GPRS/MMS rouminq sazişi bağlayıb.
Qeyd edək ki, «Azercell» şirkəti yerli mobil rabitə bazarında 1996-cı ildən fəaliyyət göstərir və hazırda şirkətin abunəçilərinin sayı 3,5 mln. təşkil edir.