İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

» İnternetdə ermənilərə niyə uduzuruq? - ARAŞDIRMA

07.09.2010 [04:25]

Fontu böyüt:      

İnformasiya cəmiyyəti əsrində ölkələr müharibəni ilk növbədə meydanda deyil, dünya hörümçək torunda aparırlar. Kim ölkəsi haqqında daha çox təbliğat aparırsa, daha ətraflı material yerləşdirirsə və dünyaya səsini daha effektiv şəkildə çatdırırsa həmin ölkənin səsinə səs verənlər də daha çox olur. Bəs, Azərbaycan necə dünya internet şəbəkəsində yetərincə tanınırmı və təbliğatın öhdəsindən nə dərəcədə gələ bilir?

İnformasiya cəmiyyəti əsrində ölkələr müharibəni ilk növbədə meydanda deyil, dünya hörümçək torunda aparırlar. Kim ölkəsi haqqında daha çox təbliğat aparırsa, daha ətraflı material yerləşdirirsə və dünyaya səsini daha effektiv şəkildə çatdırırsa həmin ölkənin səsinə səs verənlər də daha çox olur. Bəs, Azərbaycan necə dünya internet şəbəkəsində yetərincə tanınırmı və təbliğatın öhdəsindən nə dərəcədə gələ bilir?

İndi hər şey informasiya siyasətinin nə dərəcədə düzgün qurulmasından asılıdır.
Hər hansı bir ölkə haqqında informasiya toplamaq istədikdə insanların daha çox müraciət etdiyi internet ünvanı Google və vikipediya-açıq on-layn ensiklopediyası olur. Google Maps, Google Earth-də və digər internet məkanlarında Azərbaycan haqqında istər informasiya olsun, istərsə də şəkillər çox azdır. Ermənistan bu sahədə bizdən daha irəlidədir. Onlar internetdə daha aktivdirlər. Ermənistanın xəritəsinə girib baxdıqda onların ölkələri haqda daha çox informasiya yerləşdirmələrinin şahidi oluruq. Müharibə şəraitində yaşayan bir ölkə üçün informasiya siyasətini düzgün qurmaq, qalib gəlmək, irəlidə olmaq çox önəmlidir. Ermənilər isə bu sahədə bizdən qat-qat bicləşiblər. Bizimkilər vaxtlarını əyləncə portallarında, chatlarda xərclədikləri zaman, ermənilər dünyanın dörd bir tərəfindən informasiya yerləşdirməklə məşğul olurlar.

Səhvimiz nələrə səbəb olur? Kimdir müqəssir?

Ölkəmiz haqqında yetərincə informasiyanın olmaması nəticəsində internet xəritələrində gah Azərbaycan ərazisi təhrif edilir, Qarabağ, hələ bu azmış kimi Naxçıvan da Ermənistanın tərkib hissəsi kimi göstərilir, gah da Azərbaycan ərazi adları tamamilə başqa dildə, başqa adda, bəzən də erməni mənşəli adlarla qeyd edilir. Hətta bu yaxınlarda Bakı küçələrini təsvir edən şəkillərdə Ermənistanın dövlət atributları xüsusi proqramın köməyi ilə yerləşdirilmişdir. Bəs, İnternet məkanında Azərbaycan haqqında informasiyanın az olmasında, Google maps-da, Bing-də Azərbaycan bölgə adlarının səhv getməsində məsuliyyəti kim daşımalıdır? Bu informasiyaları yerləşdirməyin cəmiyyətin boynuna atılması düzgündürmü?

Əcnəbi seyrə balonlarla çıxır, biz hələ Bakı küçələrini addımlayırıq!

Çexiyanin Keçidlər İctimai Birliyinin Qafqaz üzrə layihə meneceri, yeni media üzrə ekspert Emin Hüseynzadə məsələyə bu cür aydınlıq gətirdi: “Google xəritələrində, Bing-də və digər xəritələrdə yer və coğrafi adlar istifadəçi tərəfindən yaradılan məzmundur. Yəni istənilən adam həmin məlumatları əlavə edə bilər. İri şəhərlərdə bu məlumatlar Google-nin işçiləri və müqavilə ilə işləyən şirkətlər tərəfindən yaradılır. Amma Azərbaycanda bu təcrübə yalnız, Bakının mərkəzi küçələrində tətbiq olunub. Digər coğrafi məlumatlar birbaşa köhnə xəritələrdən götürülüb və ya adi adamlar tərəfindən əlavə olunub”.

Azərbaycanda geo xəritəçilik çox zəif inkişaf edib

Ekspert günahın bir hissəsini xəritə sahiblərində, daha böyük hissəsini isə istifadəçilərdə görür. “Azərbaycanda geomapping çox zəif inkişaf edib. Bunun iki səbəbi var: Birincisi, internet sürətinin əhalinin xərclərinə uyğunlaşdırılmasından cəmi 1 il keçib və hələ də sürətli mobil internet bahadır. Bu da xəritə işlərində öz mənfi təsirini göstərir. Məsələn, dünya erməniləri müxtəlif ölkələrdə daha ucuz internetlə Azərbaycanlılardan daha çox iş görə biliblər. İkinci məsələ, onlayn xəritəçəkmə sahəsində təlimlərin keçirilməsi, maarifləndirmə bizdə çox azdır. Hətta, Gürcüstanda OpenStreetMap layihəsi keçirilir ki, xaricilər turizm məqsədilə həmin ölkəyə gələndə əziyyət çəkməsinlər” - Emin Hüseynzadə qeyd edir. “Bizdə bu problemlərin həll edilməsində öz tövhəmizi vermək üçün sentyabr ayının əvvəlində Sosial Yeniliklər Düşərgəsi (internet ünvanı: syd-az.net) keçirməyi planlaşdırırıq. İstənilən onlayn xəritəçəkmə problemlərini aradan götürmək, yeni xəritələr yaratmaq, interneti sosial yeniliklər üçün  istifadə  sahəsində  ideyalar qəbul olunacaq. Ümid edirik ki, yaxın zamanlarda belə layihələr hesabına onlayn xəritələr də  azərbaycanca danışacaq”.

Bacarana baş qurban

İnformasiya texnologiyaları üzrə mütəxəssis Cahid İsmayıloğlu da məsələyə bu cür yanaşdı: “Google maps, Google Earth-də, vikipediyada informasiyaların yerləşdirilməsi Google tərəfindən həyata keçirilmir, bu informasiyalar könüllülər, internetdə təbliğat aparmağı bacaran, bu imkanlardan maksimum istifadə edənlər tərəfindən həyata keçirilir. Ümumiyyətlə,  internetdə tək Google deyil, veb saytlarda, bloqlarda, forumlarda baxsaq  görərik ki, ermənilər təbliğatda bizdən qabaqdadırlar”. Mütəxəssisin fikrincə, Azərbaycanda yalnız son zamanlarda bu sahədə irəliyə getmək fikiri yaranıb.
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün hər il milyonlarla vəsait ayrılır. Əlbəttə ki, burda söhbət Azərbaycanın ayrı-ayrı ölkələrdə təbliğini aparmaqdan getmir. Nəticə internet məkanında da özünü göstərməlidir. Ermənilər dünyanın bərk gedən dillərində “Erməni gerçəklərini” bütün şəbəkəyə yayırlar. Qarabağ torpağının hər bir qarışında erməni tarixinin olduğunu qeyd edir, hələ bu azmış kimi Azərbaycanın tarixi abidələrinin özlərinə məxsusluğundan ağız dolusu danışırlar. “Erməni genosidi” ifadəsini zorla hörümçəyin beyninə yedizdirmək istəyirlər. Azərbaycan həqiqətlərini yazan saytlara tez-tez xaker hücumlarının təşkil edilməsi, Azərbaycan bölgə adlarına uyğun domen adların hələ 1990-cı illərdən başlayaraq alınması və s. ermənilərin informasiya siyasətini nə dərəcədə ciddiyə aldıqlarını və bu sahədə xeyli təcrübəli olduqlarını göstərir. Onların dünya hörümçək torunda yeritdikləri siyasət vahid bir mərkəz tərəfindən planlı şəkildə idarə edilir.

Puldan yox, ideyadan bol olanlar

Bizdə təbliğata vəsait ayırırlar, Erməni hökumətində isə o pul yoxdur, amma onların “Böyük Ermənistan”, “ən qədim xalq” kimi ideyaları bir neçə yüzillikdə yaxşı formalaşıb və beyinlərdə  oturuşub. Xarici ölkələrdə bir neçə nəsil yaşadıqdan sonra gənc nəsil daha uğurlu mövqelərdədir, o böyük ideyanı da yaddan çıxartmayıb. Maliyyə problemi yoxdur, əvəzində İDEYA üçün həvəslə çalışır. Azərbaycanlılar isə təzə-təzə ölkədən kənara çıxır, hələ yeni ölkədə uyğunlaşana, özünü tutana qədər uşaq da böyüyür, Azərbaycan dilini də bilmir.

Kələfin ucu Amerikadan başlayır

Mütəxəssis C.İsmayıloğlu qeyd edir ki, ermənilərin bu cür təbliğatları aparması, veb saytların hazırlanması üçün Amerikada xüsusi bir veb dizayn studiyası yaradılmışdır. Təbliğat aparan veb saytların kimin tərəfindən hazırlandığını araşdırdıqda əksər saytların bu qurum tərəfindən hazırlanması ortaya çıxır. “Bu cür işlər mərkəzləşdirilmiş şəkildə aparılmalıdır. Bir qurum yaradılmalıdır, oraya mütəxəssislər cəlb edilməlidir və onların işi ancaq bundan ibarət olmalıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Diaspora Komitəsi bu sahədə işlər görməlidirlər”.

Elə edək ki, ermənilər bizim dediklərimizi təkzib etməklə məşğul olsun, biz onların dediklərini deyil

Yeni media üzrə ekspert Emin Hüseynzadənin fikrincə isə Azərbaycan tərəfindən də onlayn təbliğat və PR (piar) aparmaq üçün xüsusi onlayn diplomatların olması vacibdir. “Bu həm işin sürətini, həm də təsirini artırar. Amma təbliğat  ağıllı şəkildə qurulmalıdır. Sadəcə Vikipediada ermənilərin yazdıqlarını dəyişdirməklə deyil. Ermənistanda Qarabağ haqqında yazan bloqçular ordusu yaradılıb və onlar yalnız təbliğat məqsədilə xarici dillərdə yazılar və şərhlər yazırlar. Azərbaycan tərəfi də yenilikçi ideyalar və təbliğat imkanlarından istifadə etməlidir ki, ermənilər bizim dediklərimizi təkzib etməklə məşğul olsun, biz onların dediklərini deyil”.

C.İsmayiloğlu deyir ki, vaxtilə özü Qarabağ problemini, Xocalı soyqırımını işıqlandıran, ümumiyyətlə erməni vəhşiliyinə qarşı təbliğat aparan veb saytların hazırlanması ilə məşğul olurdu. Bunun üçün üç vebsayt fəaliyyət göstərirdi, daim oraya yeni informasiyalar yerləşdirirdi: “Çox vaxt bu, erməniləri narahat edirdi, saytımıza xaker hücumları da olurdu. Sonradan saytları saxlamaq, materialların yığılması üçün də köməyə ehtiyacımız oldu. Biz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət elədik. Təəssüf ki, müsbət cavab almadıq. Bizim müraciətimizə “bu işi özümüz edəcəyik”- deyə cavab  vermişdilər. Bir neçə dəfə ANS telekanalında da bu haqda informasiya getmişdi”.

Bütün dünyada dövlətin gələcəyini həll edən məhz gənc təbəqədir. Azərbaycanda  bu gün demək olar ki, internetdən başı çıxmayan gənc yoxdur. Dünyanın ən nüfuzlu tədris ocaqlarında azərbaycanlı tələbələr təhsil alır. Azərbaycanın savadlı gəncləri ermənilərdən qat-qat çoxdur.

Bəs niyə gənclərimizdə Azərbaycan haqqında internetə informasiya yerləşdirməyə maraq yoxdur?

Samir Abdulla adlı gənc bu məsələdə bir çox səbəblərin olduğunu dilə gətirdi. “Birincisi, ermənilər hər zaman milli şüurları oyaq millətdir. Milli məsələlərdə bir-birini öldürməkdən belə vaz keçməzlər. İkincisi, onların diasporu daha tarixli və daha çox saylıdır, yazılanların da əksəriyyətini onlar yazırlar. Hər şey planlı şəkildə həyata keçirilir”.

Aktiv internet istifadəçisi Fərid Əlibalayev isə ilk növbədə problemi Azərbaycanda internetin baha olmasında, gənclərdə maddi imkanın olmamasında görür. “İnternet bahadır. Regionlarda dial-up sürətilə audio- video material  yerləşdirmək mümkün deyil. Sürətli internet olan Bakıda isə cavanlar  internetdən daha çox əyləncə üçün istifadə etməyi üstün tuturlar. Hər hansı bir materialı hazırlayıb ortaya çıxarmaq zaman, enerji, bəzən də pul lazımdır. Buna marağı olan gənc azdır, informasiyalı olan yaşlı nəsil isə internet və informasiya texnologiyalarından peşəkar istifadə etməyi bacarmır”.

Barcamp-ın Azərbaycan üzrə təşkilatçılarından olan proqramist, mobil sayt üzrə mütəxəssis Rəşad Əliyev gənclərə bu sahədə mane olan səbəblər sırasında söz azadlığı, birlik, normal WEB portalının yoxluğunu sadaladı. Rəşadın fikrincə, informasiya yerləşdirmək üçün Azərbaycanda gəncləri maraqlandıran və ya tədris edən sistemlər çox azdır.

Fəal bloqçu İlqar Mirzə isə məsələyə sırf texniki baxımdan yanaşaraq, Azərbaycan gəncliyinin İnternet savadının çox aşağı səviyyədə olduğunu dilə gətirdi.
Gənclərdə vətənpərvərliyi İnternetdə də oyatmaq üçün hansı tədbirlər həyata keçirilməlidir?
İndi vətəni sevmək təkcə hərbi xidmətə gedib-gəlməklə sübuta yetirilmir. Dünyanın informasiya ilə qaynadığı bir vaxtda gərək ölkən haqqında texnologiyanın dili ilə də danışasan.

Yeni media üzrə ekspert E.Hüseynzadə deyir ki, ölkəsini təbliğ etmək istəyən bunun üçün bütün vasitələrdən və imkanlardan istifadə etməlidir. “Hər şeyi gənclərin üzərinə atmaq da düzgün olmazdı. Gənclər deyəndə məsələ ümumilləşir və fokus yayılır. Konkret demək lazımdır, hansı gənclər, nəyə görə və nə vaxt etməlidir?  Bundan əlavə, bu sahədə təhsil imkanları yaradılmalıdır - daimi kurslar, universitetlərdə fakültələr ve seminarlar təşkil edilməlidir. Hazırda heç bir universitetdə onlayn marketinq, onlayn jurnalistika, onlayn PR, onlayn diplomatiya dərsləri  yoxdur. Bunlar həll olunmasa geniş tebliğat haqqında danışmaq düzgün olmayacaq”.

Hər şeyin kökü mükafatdadır

Mütəxəssis C.İsmayıloğlu bu təbliğatı  aparmaq üçün  gənclərimizdə yetərincə potensialın olduğunu qeyd edir.“Sadəcə olaraq onları  həvəsləndirmək, bu işə  cəlb eləmək lazımdır. Məsələn, İrəli Gənclər Təşkilatının son zamanlarda işğal olunmuş rayonlar haqqında veb saytları hazırlamaları bu potensialın bariz  göstəricisidir”.

Aktiv internet istifadəçisi Fərid Əlibalayev isə çıxış yolunu gəncləri həvəsləndirmək üçün mükafatların verilməsində görür. “Azərbaycan haqqında internet şəbəkəsində təbliğat aparana, bu sahədə iş görənə mükafat vəd edilsə, əminəm ki, məşğul olmaq istəyən də çox olar. Hökumət  "İrəli" Hərəkatına pul ayırıb, bu təşkilat belə tipli, məsələn, history.az  kimi layihələr həyata keçirir. Bu cür addımlar təqdirəlayiqdir və daha da çoxalmalıdır”.

Ümid edirik ki, Azərbaycan informasiya siyasətini İnternetdə də lazımınca həyata keçirəcək. Azərbaycanın bölgə adları ilə uyğun olan domen adlarını xilas edə bilmədik, ermənilər adlarımızı da işğal etdilər. Bundan sonra, heç olmasa internet xəritələrində region adlarımızı təhrif olunmaqdan xilas edək. Sonra gec ola bilər.

Vüsalə Əlövsətqızı
Milli.Az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar