Fontu böyüt:
Elektron idarəetmə şəbəkəsinin yaradılması istiqamətində BMT-nin İnkişaf Proqramının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birgə həyata keçirdiyi “E-idarəçilik təşəbbüsü” layihəsi çərçivəsində respublikanın bütün bölgələrini əhatə edəcək “AzDataCom” şəbəkəsi qurulur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə,2009-cu ilin birinci rübünün sonuna kimi Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Ələt qəsəbəsinin, Salyan, Biləsuvar, Masallı, Lənkəran, Astara, Qəbələ, Ucar, Zərdab, Samux, Tovuz, Ağstafa və Qazax rayonlarının 10 Qiqabaytlıq trafik sürəti ilə IP MPLS "AzDataCom" magistral şəbəkəsinə qoşulması üzrə işləri başa çatdıracaq
Məlumat üçün bildirək ki, bu şəbəkə 10 Gb/san. sürətlə ölkədaxili məlumat ötürülməsinə imkan verir. Bu imkanlardan elektron hökumət, distant təhsil, elektron kommersiya, biznesin məsafədən idarə olunması və s. sahələrdə istifadə edilir.
Nazirlikdən verilən məlumata görə Azərbaycanın bütün yaşayış məntəqələrinin IP MPLS "AzDataCom" şəbəkəsi ilə təmin olunmasına dair 2006-cı ildən başlayan işlər artıq Bakı və ölkənin Sumqayıt, Gəncə, Yevlax, Ağdaş, Şamaxı, Göyçay və Goranboy kimi iri şəhərlərində başa çatdırılıb.