Fontu böyüt:
ABŞ prezidentinin həyat yoldaşı Mişel Obama ailəsi haqqında danışıb.
O, Malina və Saşa adlı qızlarına yaşları çox kiçik olduğu üçün və təhlükəsizlik məqsədilə “Facebooka” sosial şəbəkəsinə girmələrinə icazə vermədiyini bildirib: “Kiçik uşaqların “Facebook”da səhifələrinin olmasının əleyhinəyəm. Bu onların ehtiyac duyduğu şey deyil. Bütün ailələrə səslənirəm ki, onlar da analoji addımı atsınlar. Kiçik yaşlı uşaqlara Facebookun heç bir xeyiri yoxdur”.
Qadağanın nə vaxt aradan qaldırılacağı barədə suala isə o, bunun qızlarının yaşı ilə bağlı olduğunu deyib.
Qeyd edək ki, Malinanın hazırda 13, Saşanın isə 10 yaşı var.